Ermənilər ərazisində yaşadıqları Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər

 

Üç il qabaq - 2020-ci ilin payızında Ermənistanın təxribatı nəticəsində başlayan Vətən müharibəsi bu işğalçı ölkənin məğlubiyyəti ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan, Ermənistan Rusiya arasında üçtərəfli Bəyanat imzalandı. Ermənistan öhdəsinə götürdüyü məsələlərdən yalnız birini - qoşunlarını Ağdam, Laçın Kəlbəcərdən döyüşsüz çıxarmaqla həyata keçirdi. Üzərinə düşən digər öhdəliklərini isə yerinə yetirmədi. Belə ki, üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazisindən öz silahlı qüvvələrini tamamilə çıxarmalı sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlamalı idi.

Ermənistan Vətən müharibəsindən sonra da ikili oyunlar oynadı. Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bildirsə , haylar müxtəlif bəhanələr gətirərək prosesin reallaşmasına maneçilik törətdilər. Üstəlik, bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törədilən təxribatların ardı-arası kəsilmədi. İşğal altında saxladığı otuz ilə yaxın müddətdə Qarabağ Şərqi Zəngəzur ərazilərini mina tarlasına çevirən erməni vandalları Vətən müharibəsi başa çatdıqdan sonra da bu mənfur əməllərindən əl çəkmədilər. Müzəffər ordumusunun azadlığına qovuşdurduğu ərazilərində quruculuq, tikinti-abadlıq işləri həyata keçirən Azərbaycan dövləti bir tərəfdən ermənilərin növbəti mina terrorunun qarşısını almağa, sülh müqaviləsini imzalamağa çalışdı.

Azərbaycan ərazisində ermənilərin basdırdıqları minaların partlayış səsləri növbəti dəfə sentyabrın 19-da eşidildi. Həmin gün Xocavənddə azərbaycanlı mülki şəxslərin polis əməkdaşlarının şəhid olmaları, eləcə sözügedən tarixdə Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidən Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması nəticəsində ordumuzun hərbi qulluqçularının yaralanmaları xəbərləri yenidən Azərbaycan xalqını sarsıtdı.

Rəsmi İrəvanın üçtərəfli Bəyanatın şərtlərini pozması, sülhdən yayınması ölkəmizə qarşı hərbi təxribatlarını intensivləşdirməsi, eyni zamanda yaratmış olduğu qondarma rejimin Azərbaycana qarşı hərbi təxribatlar, terror aktları törətməkdə davam etməsi dövlətimizi antiterror tədbirləri həyata keçirməyə məcbur etdi. Sentyabrın 19-da Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Həmin gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olundu ki, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər hərbi qulluqçularımızın təhlükəsizliklərinin təmin olunmasıdır: "Bir daha bildiririk ki, mülki əhali infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb".

Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyi, ərzaq, tibbi vəsait təminatları böyük həssaslıqla, humanizm  prinsiplərinə uyğun təmin olundu. Beləliklə, bütün dünya dövlətimizin, xalqımızın humanizmini yenidən gördü.

Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər heç bir mülki obyekt qətiyyən hədəfə alınmadı. Hərbi bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflər zərərsizləşdirildi.

Dövlətimiz, xalqımız heç zaman müharibə arzusunda olmayıb. Məqsədimiz arzumuz ölkəmizdə, regionumuzda sülhün, sabitliyin bərqərar olmasıdır. Odur ki, bir sutkanın tamam olmasına dəqiqələr qalmış separatçıların təslim olması xəbərini sevinclə qarşıladıq.

Dünən Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da şərtlər əsasında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğu bildirildi. Məlumat verildi ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən hərbi postlardan çıxır tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat ağır texnika təhvil verilir.

Xankəndidəki qanunsuz rejim təslim olduğunu bayraq qaldıraraq bildirdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə bu gün - 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.

Azərbaycan dövləti lokal antiterror tədbirləri ilə seperatçılara bir daha göstərdi ki, onların bir yolları var, öz bədnam əməllərindən əl çəkməli, regionda sülhün sabitliyin təminatçısı olan, ərazisində yaşadıqları, vətəndaşı olduqları Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 21 sentyabr.- S.8.