Qarabağda yaşayan erməni vətəndaşlarımız üçün yeni tarixi şans yaradılıb

 

Onların yaşayışı indikindən yaxşı olacaq

 

Prezident İlham Əliyev ayrı-ayrı vaxtlarda çıxışlarında dəfələrlə vurğulayıb ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik: "Bu, bizim daxili işimizdir Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər o hüquqlara malik olacaqlar. Hər halda əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır".

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki hərbi birləşmələrinin sentyabrın 19-da törətdikləri növbəti terror aktları nəticəsində polis əməkdaşlarımız mülki şəxslər şəhid oldular. Azərbaycan buna lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə cavab verdi. Məqsəd 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan Rusiya arasında üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər hərbi qulluqçularımızın təhlükəsizliklərinin təmin olunması idi.

23 saat çəkən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndidəki qanunsuz rejim bayraq qaldıraraq təslim oldu. Bölgədə aparılan lokal xarakterli antiterror tədbirləri başa çatdı.

 

Lokal antiterror tədbirləri separatçılara "unutduqları" həqiqətləri xatırlatdı

 

Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində lokal antiterror tədbirlərinin başlandığı anlardan hərbçilərimizin böyük qəhrəmanlıq, şücaət peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlərdə əhəmiyyətli dərəcədə hərbi uğurlara nail olduqlarını qürurla bildirdi. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan öz suverenliyini bərpa etdi.

Azərbaycanın Qarabağ bölgəsində apardığı lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinə, tibbi vəsait digər təminatlarına böyük diqqətlə, həssaslıqla yanaşıldı. Prezident İlham Əliyev sözügedən müraciətində vurğuladı: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir mülki əhali qorunmalıdır". Dövlət başçısı açıqladı ki, biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etdilər: "Eyni zamanda göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm yüksək mənəvi keyfiyyətlər göstərmişdir".

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq üç il ərzində öz silahlı qüvvələrini texnikasını ərazilərimizdən çıxarmayan Ermənistan Azərbaycanın gücünü bir daha gördü. Qısamüddətli lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə ağır zərbələr endirildi, silah texnikalarının böyük hissəsi sıradan çıxarıldı.

Azərbaycan dövləti lokal antiterror tədbirləri ilə separatçılara göstərdi ki, bir yolları var, bundan sonra öz bədnam əməllərindən əl çəkməlidirlər.

Qarabağı Azərbaycan ərazisi olaraq bütün dünya tanıyır. Hətta Ermənistan rəhbərliyi bu həqiqəti etiraf edir. Bütün bunlara baxmayaraq, azğınlaşan qanunsuz kriminal xunta rejimi Azərbaycan ərazisində yaşadıqlarını unudaraq, öz aləmində Qarabağda saxta "seçki"lər keçirdi. Lokal antiterror tədbirləri onlara "unutduqları" həqiqətləri xatırlatdı. Düşmənin mövqeləri, silahları, texnikaları məhv edildi.

 

Beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan təklif

 

Bundan sonra bölgəmizi nələr gözlədiyi ən çox maraq doğuran məsələlərdən biridir. Dövlət başçısı əminliklə bildirdi ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür, çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır Qarabağda yaşayan erməni əhalisi nəhayət, rahat nəfəs ala bilər. Prezident İlham Əliyev müraciətində bir daha qeyd etdi ki, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır: "Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır".

Prezident İlham Əliyev vurğuladı ki, biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik biz onları məsuliyyətə cəlb edirik edəcəyik, bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri alacaqlar.

Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bunu ölkəmizdə yaşayan hər bir xalqın nümayəndəsi, eləcə bütün dünya görür. Prezident İlham Əliyev xatırlatdı ki, heç vaxt Azərbaycanda dini, milli zəmində ayrı-seçkilik olmayıb olmayacaq, İkinci Qarabağ müharibəsi bir daha onu göstərdi: "Bütün millətlərin nümayəndələri, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri bir yumruq kimi birləşdi - Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda! Ona görə, bax, bu gözəl ab-hava, bu, təbii bir məkandır biz Qarabağda yaşayan erməni əhalisini buna dəvət edirik".

Bütün Qarabağı Şərqi Zəngəzuru yenidən qurduğumuzu, cəmi iki il ərzində həmin ərazilərdə böyük işlər gördüyümüzü qeyd edən dövlətimizin başçısı diqqətə çatdırdı ki, eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq: "Bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. O şansı əldən verməsinlər. Biz buna hazırıq Azərbaycan xalqı bilir, əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik ümid edirəm ki, bizim təklifimiz qəbul olunacaq. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa, gələcək inkişafa əsaslanan gələcək inkişafa hesablanan təklifdir".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan David Melkumyan ilə görüşdü.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasına əsasən, konstruktiv müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparıldı. Ramin Məmmədov reinteqrasiya üzrə planlar təqdim etdi.

Görüşdə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildirdilər, eyni zamanda qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.

Onların xahişi müsbət qarşılandı. Xüsusilə bağça məktəblərin istilik sistemləri, təcili tibbi yardım yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.

Məlumata əsasən, tezliklə növbəti görüş keçiriləcək.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan. - 2023.- 22 sentyabr.- S.7.