Partlayış nəticəsində yaralanan şəxslərə ilkin yardım göstərilib

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatı

2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən yaralananların olduğu bildirilir.

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

 

Azərbaycan.-2023.- 26 sentyabr.- S.1.