Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Sanitariya-epidemioloji salamatlıq haqqındaAzərbaycan Respublikası Qanununun 25-ci maddəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmişYoluxucu, parazitar kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılsın.

 

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 9, maddələr 1209, 1231, ¹ 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315, ¹ 11, maddələr 1387, 1394, ¹ 12 (V kitab), maddələr 1588, 1592, 1612; 2021, ¹ 1, maddələr 92, 106, ¹ 3, maddələr 267, 290, 291, ¹ 4, maddə 403, ¹ 5, maddə 530, ¹ 6 (IV kitab), maddələr 683, 692, ¹ 7, maddələr 868, 882, ¹ 8, maddə 974, ¹ 9, maddə 1079, ¹ 10, maddə 1191, ¹ 12, maddələr 1514, 1524; 2022, ¹ 2, maddə 176, ¹ 3, maddə 258, ¹ 4, maddə 417, ¹ 6, maddə 673, ¹ 8, maddə 1012, ¹ 10, maddə 1225, ¹ 12, maddə 1554; 2023, ¹ 2, maddə 328, ¹ 3, maddə 443, ¹ 4, maddə 595, ¹ 6, maddə 866) 1.1-ci bəndində “2023-cü il 2 oktyabrsözləri “2024-cü il 2 yanvarsözləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 25 sentyabr 2023-cü il

Azərbaycan.-2023.- 26 sentyabr.- S.6.