Süni İntellekt Satınalması üzrə Təlimatlarlayihəsinin təqdimatı keçirilib

 

Süni intellekt texnologiyalarının düzgün satınalması bu texnologiyaların daha geniş yayılmasının təmin edilməsi məqsədilə Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Azərbaycan dilinə tərcümə olunmuşSüni İntellekt Satınalması üzrə Təlimatlarlayihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili Koordinasiya Mərkəzinin (4SİM), Dünya İqtisadi Forumunun (DİF), İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX), İxracın İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun birgə təşkilatçılığı ilə BakıdaYeni nəsil iqtisadiyyatda süni intellekt: çağırışlar imkanlarmövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsinin əsas məqsədi süni intellekt maşın öyrənməsi sahəsində mütəxəssislərin təcrübələrini mübadilə etmək, 4Sİ texnologiyalarının düzgün satınalması bu texnologiyaların daha geniş yayılmasını təmin etməkdir.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsinin ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edib, iqtisadi artımı dəstəkləmək, sektorların rəqabət qabiliyyətini artırmaq, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırmaq dövlət xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsini təşviq etmək üçün rəqəmsal texnologiyadan istifadə etmənin zəruriliyini vurğulayıb. Nazir müavini rəqəmsal iqtisadiyyatın inkişafı baxımından Azərbaycanın Yeni Nəsil İqtisadiyyatı Strategiyasının hazırlanmasının önəmini diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) rəisi Məmməd Abbasbəyli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, dövlət satınalmaları üzrə qanunvericilik bazasının təkmilləşdirilməsinə dair institusional islahatlar, keyfiyyət infrastrukturu istehlakçıların hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən tədbirlər, satınalma prosesində yeniliklər gələcək perspektivlər, e-tender platforması gələcəkdə platformada süni intellektin tətbiqi imkanları barədə məlumat verib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi xarici investisiyaların cəlb edilməsi prosesinə dördüncü sənaye inqilabı texnologiyalarının inteqrasiyasının əhəmiyyətini qeyd edib, bu sahədə qlobal iqtisadiyyatda tətbiq olunan təcrübələr haqqında məlumat verib.

Dördüncü Sənaye İnqilabının Təhlili Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 4SİM-in fəaliyyəti, cari layihələri, Yeni Nəsil İqtisadiyyat Strategiyasında nəzərdə tutulmuş süni intellekt üzə təşəbbüslər, 4SİM ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq müxtəlif sahələrdə süni intellektin tətbiqi onların satınalması prosesindəSüni İntellekt Satınalması üzrə Təlimatlar”ın əhəmiyyəti barədə söz açıb. Bildirilib ki, DİF-in Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzi Braziliyadan sonra təlimat kitabçasını öz dilinə tərcümə edən ikinci mərkəzdir.

Tədbir çərçivəsində keçirilənSüni İntellekt Satınalması üzrə Təlimatlarişçi panelində Dünya İqtisadi Forumunun Süni İntellekt Maşın Öyrənməsi Platformasının rəhbəri Uber XelopSüni İntellekt satınalması üzrə Təlimatlarlayihəsi ilə bağlı təqdimatla çıxış edib.

Dördüncü Sənaye İnqilabının Braziliya şəbəkəsinin Süni İntellekt Maşın Öyrənməsi Platformasının rəhbəri Klara Langevin, Türkiyənin Rəqəmsal Transformasiya ofisinin Süni İntellekt mütəxəssisi Merve Ayyüce Kızrak, Slovakiyanın İnvestisiyalar, Regional İnkişaf İnformasiyalaşdırma Nazirliyi mütəxəssisi Jana Novohradska təmsil etdikləri ölkələrdə süni intellektin tətbiqi, bu sahədə qanunvericilik tənzimlənmə mexanizmləri ilə bağlı təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, “Süni İntellekt Satınalması üzrə Təlimatlarlayihəsi Dünya İqtisadi Forumu tərəfindən hazırlanıb. Layihə müəssisələrə süni intellekt verilənlər (data) əsaslı texnologiyaların satınalması prosesində düzgün şəffaf metodlar təklif edir. Layihə, həmçinin dövlət satınalmaları vasitəsilə dövlət sektorunda süni intellekt texnologiyasının tətbiqi üçün hazırlanmış bələdçi kitabçası süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı bir sıra alətlər təqdim edir. Bu təlimatlar artıq Braziliya, İngiltərə, Hindistan Bəhreyn Krallığında tətbiq olunur.

 

 

Azərbaycan.-2023.- 26 sentyabr.- S.6.