Qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün yeni tələblər müəyyənləşdirilib

 

Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili gündəliyəQiymətləndirmə fəaliyyəti haqqındaqanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib.

Tahir Mirkişili əvvəlcə yaxın günlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu antiterror tədbirlərinin nəticələrinin ölkə iqtisadiyyatının da gələcək inkişafına daha geniş imkanlar yaradacağını söyləyib.

Sonra komitə sədriQiymətləndirmə fəaliyyəti haqqındaqanun layihəsi barədə fikirlərini açıqlayıb. O, bazar iqtisadiyyatı şəraitində qiymətləndirmə fəaliyyətinin təşkilinin, qiymətin funksiyasının, qiymətləndirilmənin verdiyi dəyərin əhəmiyyətindən, dövlət mülkiyyətinin özəlləşdirilməsi, bazar iqtisadiyyatının formalaşdırılmasının vacibliyindən bəhs edib. Bildirilib ki, ölkəmizdə ilk dəfə 1998-ci ildəQiymətləndirmə fəaliyyəti haqqındaQanun qəbul edilib. Bu sənədin o dövr üçün bu sahədə münasibətlərin tənzimlənməsi baxımından mütərəqqi qanun olduğu qeyd edilib.

Tahir Mirkişili ötən müddət ərzində bu sahədə bəzi boşluqların yarandığını yeni bir qanuna ehtiyac duyulduğunu deyərək, Azərbaycanda ictimai sektorun bu istiqamətdə fəallığının artırılması, habelə Qiymətləndiricilər Palatasının formalaşdırılması ilə bağlı, digər bir sıra yeniliklərin layihədə öz əksini tapdığını bildirib.

Komitə sədri bildirib ki, Prezident tərəfindən parlamentə təqdim olunan qanun layihəsinin qəbulu bu sahədə yeni mərhələdə qiymətləndiricilərin fəaliyyətinin tənzimlənməsi, onların məsuliyyətinin müəyyən edilməsi, digər məsələlərin həllinə imkan yaradacaq.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək sənədin hazırlanması prosesi barədə məlumat verib. O, qiymətləndirmə sahəsində mövcud problemlərdən, o cümlədən qiymətləndiricinin anlayışının konkret müəyyən edilməməsi, qiymətləndiricilərin peşəkar birliyinin yaradılmaması, mövcud ictimai birliyin statusunun qanunvericiliklə müəyyən edilməməsi, üzvlərinin icbari tədrisə cəlb edilməməsi, onların vaxtaşırı maarifləndirilməməsi, banklar digər aidiyyəti qurumlar tərəfindən qiymətləndirmə fəaliyyətinə kənar təsirlərin, o cümlədən haqsız rəqabətin mövcudluğu, qiymətləndiricilərin davranış qayda prinsiplərinin müəyyən edilməməsi digər məsələlərdən bəhs edib.

Elnur Əliyev bildirib ki, 6 fəsil 27 maddədən ibarət qanun layihəsində yuxarıda qeyd olunan məsələlər, habelə sənədlə bağlı aparılan müzakirələrdə Qiymətləndiricilər Cəmiyyəti tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Layihənin qəbulu qiymətləndirmə fəaliyyəti sahəsində mövcud olan boşluqların problemlərin aradan qaldırılması, fiziki hüquqi şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olması ilə bağlı tələblərin müəyyən edilməsi, ümumilikdə qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edəcək.

İclasda iştirak edən Ədliyyə Nazirliyinin Baş İdarə rəisi Adil Əliyev sənədə əks olunan Qiymətləndiricilər Palatasının təsis edilməsi, fəaliyyətinin təşkili onun orqanları ilə bağlı məsələ barədə danışıb. O, habelə qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün layihədə təsbit olunan tələblər, ixtisas imtahanının təşkili keçirilməsi qaydaları, qiymətləndirməyə görə xidmət haqqı bir sıra digər məsələlərə toxunub.

Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. O, sənəddə əks olunan məsələlərin haqsız rəqabətin aradan qaldırılması baxımından əhəmiyyətindən danışıb, sertifikatlaşdırma prosesi, qiymətləndirmə sahəsində müvafiq standartlarla bağlı digər qeydlərini diqqətə çatdırıb.

Müzakirələr zamanı komitənin sədr müavini Əli Məsimli, deputatlar Vüqar Bayramov, Vahid Əhmədov, Mahir Abbaszadə, Aydın Hüseynov, Məzahir Əfəndiyev, Rüfət Quliyev layihə barədə öz fikirlərini, qeyd təkliflərini bildiriblər.

Deputatların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirildikdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Azərbaycan.-2023.- 26 sentyabr.- S.7.