Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana maneəsiz şəkildə gedirlər

 

Qarabağda qalmaq istəməyən erməni əsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.

AZƏRTAC xəbər verir ki, “Laçındövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.

Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.

Qeyd edək ki, Azərbaycanın polis əməkdaşları Qarabağda yaşayan erməni sakinlərindən birinin avtomobilində yaranmış problemin aradan qaldırılmasına kömək ediblər.

 

Azərbaycan.-2023.- 26 sentyabr.- S.9.