Müxalifət Paşinyanı devirməkdə israrlıdır

 

Bunun qarşısını almaq üçün polis etirazçılara qarşı amansız güc tətbiq edir

 

İrəvanda bir neçə gündür keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir. Geniş əhali kütlə tərəfindən başlanan etiraz aksiyaları fonunda getdikcə dramatikləşən hadisələr hakimiyyətin mövqeyini əhəmiyyətli dərəcədə zəiflətməkdədir.

Buna rəğmən Paşinyan hakimiyyəti qarşı tərəfə daha sərt formada müqavimət göstərmək qərarındadır. Elə bu fonda vəziyyət daha da gərginləşməkdə, daxili savaş ehtimalı sürətlə yüksəlməkdədir.

Mitinqlərdə siyasətçilər, fəallar, vəkillər ictimaiyyət nümayəndələri iştirak edirlər. Başqa bir məlumata görə, müxalifət düşərgəsində həbslərin aparılması planlaşdırılır  qeyd olunur ki, kütləvi etiraz aksiyalarının qarşısını almaq üçün hakimiyyət xüsusi plan hazırlayıb. Buraya müxalifət fəallarına qarşı güc tətbiq edilməsindən tutmuş, onların mitinq keçiriləcək ünvana daxil olmazdan əvvəl müvəqqəti həbsinə kimi müxtəlif planlar daxildir. O da vurğulanır ki, bu işdə təkcə polis yox, digər güc strukturlarının hakimiyyətin nəzarətində olan xüsusi cəza dəstələrinin nümayəndələri iştirak edirlər. Müxalifət isə hakimiyyət tərəfindən yaradılacaq bütün maneələrə rəğmən etiraz mitinqlərinin baş nazirin istefasına qədər davam edəcəyini bildirib.

Dünən səhər saatlarından İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb. Əvvəlcə etirazçılar Saryana Tumanyana küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar. Aksiya başlayandan polis onları müşayiət edib. Kentron inzibati rayonunda fəallar İrəvan sirkinin yaxınlığındakı kəsişmədə, "Yeritsardakan" metro stansiyasında Yerevan Dövlət Universitetində toplaşmağı planlaşdırıblar. Polis aksiya iştirakçılarını "Yeritasardakan" metro stansiyasına sıxışdırıb. Etirazçılar "Paşinyan, get!", "Müstəqil Ermənistan", "Ermənilər, birləşin!" şüarları səsləndiriblər. Müxalifət artıq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üzrə milli komitənin yaradıldığını elan edib. Gələn xəbərlərə görə, İrəvanın müxtəlif yerlərində keçirilən etiraz aksiyalarına bir sıra universitetlərin tələbələri qoşulublar.

Aksiyalar zamanı 170-dən çox etirazçı saxlanılıb. Saxlanılanlar polisin qanuni tələblərini yerinə yetirməməkdə ittiham olunurlar. Onların sırasında  "Ermənistan" fraksiyasının deputatı, "Daşnaksütyun" partiyasının üzvü Tadevos Avetisyan da var.

Hayastan parlamentinin sədri Alen Simonyan deyib ki, hakimiyyət polis etirazçılara qarşı amansız güc tətbiq etməklə düzgün görür. O, iddia edib ki, onlar Hayastanın ən yaxın tarixində ən demokratik hökuməti təmsil edirlər: "Bütün beynəlxalq təşkilatlar bunu təsdiq edir, bundan başqa, Ermənistanda ifadə azadlığı hüququ var, lakin qanuna polad mandata hörmət edilməlidir. İfadə azadlığı hüququ var. "1 mart"ı təkrarlamırıq, amma qanuna əməl edilməlidir. Axı seçicilərimiz bizə həmişə deyirlər ki, polad mandatdan istifadə etmək lazımdır".

Hayastanın "Alternativ layihələr" qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan isə öz məqaləsində yazıb ki, Nikolun hakimiyyəti ilə erməni xalqının birlikdə yaşamaq imkanları tükənib. Bizim birgəyaşayış imkanımız yoxdur. O qeyd edib ki, Paşinyana öz övladının beşiyindən artıq dəyər verənlərin hamısı bunu anlamalı qərar qəbul etməlidir: "Sadəcə özünüzə bir sual verin. Niyə Nikolun təsəvvür etdiyi istiqlal suverenlik həmişə müharibə, mühacirət yas ilə müşayiət olunur? üçün onun təsəvvür etdiyi suverenliyi həmişə təslim olmaqla bitir? Bu gün platformadan hansı çağırışlar ediləcəyini bilmirəm, amma dövlət sisteminə çox mühüm mesaj olmalıdır: istefalarınızla yeni müharibənin qarşısını alın, yeni fəlakətin həmmüəllifi olmayın. Hakimiyyət dəyişikliyi hamar, dinc, qansız olmalıdır. O, təhrik etməyə kreslodan yapışmağa çalışacaq. Gəlin onlara kömək edək ki, hər şey dinc olsun. Niyə bizə yeni hökumət lazımdır? Yeni müharibəyə yeni torpaqdan məhrum olmağa yol verməmək üçün".

Belə görünür ki, hakimiyyətin vətəndaşlar arasında dayağı sarsılıb. Paşinyanın istefasını tələb edənlərin sırası gündən-günə genişlənir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 26 sentyabr.- S.10.