İlham Əliyevdən növbəti diplomatik dərs

 

 

Fransanın BMT TŞ-də rüsvayçı məğlubiyyəti Azərbaycan Prezidentinin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu nümayiş etdirdi

 

 

Yola saldığımız 2022-ci il ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar hadisələrlə yadda qaldı. Bunlardan ən mühümü isə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın  yalnız özü iqtisadi qüdrəti hesabına yenidənqurma proseslərini davam etdirməsidir.

Prezident İlham Əliyev bu bölgələrimizə səfər edərkən yeni-yeni obyektlərin açılışını edibdaha yenilərinin təməlini qoyub. Bu, əlbəttə, ilk növbədə Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Siyasi gücünün təntənəsi isə BMT-nin Təhlükəsizlik Şurasının dekabr ayında keçirilən iclasında özünü bir daha büruzə verdi. Fransa və Ermənistanın Laçın yolundakı vəziyyət ilə bağlı BMT TŞ-nin iclasını çağırmaları, Azərbaycana qarşı böhtan atmağa çalışmaları bumeranq effekti verdi.

Xatırladaq ki, 2022-ci ilin sentyabr hadisələrindən sonra Ermənistanın müraciəti əsasında BMT TŞ-nin gündəliyinə "Ermənistanın BMT yanında daimi nümayəndəsinin məktubu" adlı bənd daxil edilmişdi. Sözügedən müraciət əsasında TŞ-nin gündəliyinə bəndin daxil edilməsi Fransanın dəstəyi olmadan baş verə bilməzdi.

Əvvəla, bunun özü ayrıca bir haqsızlıqdır ki, BMT TŞ-nin 4 qətnaməsi ola-ola 30 ilə yaxın dövr ərzində bu təşkilat Ermənistanın Azərbaycana təcavüzünə qarşı bir dəfə də olsun toplantı keçirmədi. Buna imkan verməyənlərdən biri də məhz riyakar Fransa idi.

Dekabrın 20-21-də keçirilən müzakirələrdən dərhal sonra Fransa BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri kimi (daimiqeyri-daimi üzvlərin hərəsi bir ay sədr olur) Laçın-Xankəndi yolundakı vəziyyəti "humanitar fəlakət" kimi təqdim edən riyakartam ermənipərəst mətn hazırlamışdı. Prosesləri bilavasitə Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət məsələləri üzrə müşavirləri aparırdı. Fransa düşünürdü ki, bu bəyanatı qəbul etdirəcək və daha sonra növbəti addım kimi onu qətnaməyə çevirəcək. Bu günlərdə Ermənistanın "dahi" diplomatı və "çekisti" Armen Qriqoryan da TŞ-də qətnamə qəbul edilməsini Ermənistanın məqsədlərindən biri kimi müəyyən etmişdi.

Fransız-erməni cütlüyünün bu addımları Rusiyaya xəyanət, ABŞ-ni dəstəyi ilə sülh müqaviləsi üzrə aparılan danışıqlara hörmətsizlik və bütövlükdə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdi idi. Amma, sözün əsl mənasında, Fransa üçün bu proses böyük rüsvayçılıq oldu. BMT TŞ-nin daimi üzvü və hazırda TŞ-nin sədri Fransa bütün resurslarını işə salsa da, bir bəyanatı qəbul etdirə bilmədi.

Əvvəla,  bəyanat fransızların ilkin təqdim etdiyi layihədən fərqli olaraq əsaslı dərəcədə dəyişdirildi. Ermənipərəst tərzdə təşkil olunmuş bəyanatdan "Dağlıq Qarabağ" ifadəsi çıxarıldı, "humanitar yardım olarsa, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər" və "Azərbaycanın ərazi bütövlüyünə dəstək" kimi ifadələr daxil edildi. Azərbaycan diplomatiyası bütün imkanlarından istifadə edərək Fransanı məhz onun öz meydanında rüsvayçılıqla başbaşa qoydu. Fransanın hazırladığı 6-cı və ya 7-ci mətn BMT TŞ qaydalarına uyğun olaraq sükut proseduruna yenidən qoyuldu. Bu o deməkdir ki, sənəd hazırlanır və konkret saata qədər vaxt müəyyən edilir. İradya təklif yoxdursa, qəbul edilmiş hesab olunur. Beləliklə, bu sənəd də darmadağın edildi.

Beynəlxalq ictimaiyyət, BMT TŞ-nin daimiqeyri-daimi üzvləri Fransanın necə ədalətsiz, qərəzli və riyakar olduğunu görürdülər və bunu açıq etiraf edirdilər.

Bu kimi iyrənc fəndlərlə geosiyasi oyunlar naminə Qafqaza soxulmağa çalışan Fransa başa düşmür ki, əksinə, hər belə addımı ilə regiondan daha da təcrid olunur, Azərbaycan xalqı qarşısında pisgülünc vəziyyətə düşür. Azərbaycanın gücünün və Fransanın öz meydanında onu məğlub etməsinin sirri sözsüz ki, Prezident İlham Əliyevdir. Məhz qətiyyətli, uzaqgörən lider, mahir siyasətçi kimi Prezident İlham Əliyevin şəxsi nüfuzu, onun diplomatiyası sayəsində Azərbaycanın dünyada qazandığı dost ölkələr Fransanın bu cəhdlərini sıfırladı.

Beləliklə, Fransa rəsmən məktubla müraciət edərək prosesi dayandırdığını bəyan etmək məcburiyyətində qaldı. Bu, Prezident İlham Əliyevin növbəti qələbəsi və Azərbaycan xalqına hədiyyəsidir desək yanılmarıq.

Onu da qeyd edək ki, Böyük Britaniya, BƏƏ, RusiyaAlbaniya Fransanın təşəbbüsünün əleyhinə çıxış ediblər və haqq-ədaləti dəstəklədiklərinə görə, bu ölkələrə xüsusi minnətdarlıq düşür. Azərbaycan dostları ilə birgə bu parlaq qələbəni qeyd edərkən Fransa Prezident Administrasiyasının xarici siyasət/diplomatiya şöbəsi isterika halındadır. Hətta Fransanın BMT yanında daimi nümayəndəsinin və onun müavininin bu rüsvayçılığa görə geri çağırılmaq məsələsi var. Argentinadan fərqli olaraq, Azərbaycan Fransanı neytral meydanda deyil, məhz öz meydanında məğlub etdi. Fransa diplomatiyası indi az qala matəm içərisindədir.

Prezident İlham Əliyev bu il doğum günündə Qərbi Azərbaycan İcması ilə görüşdə belə bir ifadə işlətmişdi: "Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan" - bu parlaq qələbə bir daha Prezident İlham Əliyevin hansı qətiyyətə və liderlik keyfiyyətlərinə malik olduğunu növbəti dəfə əyani nümayiş etdirdi.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 6 yanvar.- S.1;7.