"Sarı jiletlər" ayağa qalxır

 

Fransada etiraz aksiyaları yenidən başlayır

 

 

Yanvarın 7-də Fransada "sarı jiletlər"in yeni aksiyaları keçiriləcək. Bu etiraz hərəkatı ölkədə 2018-ci ilin oktyabrında yaranıb. İnflyasiyanın artması, benzindizel yanacağına subsidiyaların ləğvi, elektrik enerjisi və qazın bahalaşması fonunda "jiletlərin" qeyri-rəsmi liderləri həmvətənlərini təkcə Parisdə deyil, bütün Fransada küçələrə çıxmağa çağırıblar. Bu barədə Fransa Beynəlxalq Radiosu xəbər verir.

"Sarı jiletlər" Fransada son illərin ən böyük etiraz hərəkatlarından biridir. 2018-ci ildə kortəbii olaraq yaranıb. Daha sonra payızda fəallar yolları bağlayıb və aksiyaların təşkili əsasən sosial şəbəkələr vasitəsilə həyata keçirilib. O vaxt etiraz aksiyalarının səbəbi yanacağa görə verginin artırılması olub.

 

 

Mitinqlər zorakılıq və dağıntılarla müşayiət olunub

 

 

Aksiyaların əksəriyyəti şənbə günləri baş tutubşüarlar tədricən hökumət əleyhinə çağırışlara çevrilib. Belə ki, iqtisadi tələblər və yanacağın ucuzlaşması ilə yanaşı, fəallar prezident Emmanuel Makronun istefasını da tələb ediblər. Parisdə və digər böyük şəhərlərdə mitinqlər tez-tez zorakılıq və dağıntılarla müşayiət olunub.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ilin dekabrında keçirilən etiraz aksiyalarının üçüncü şənbə günü ölkə küçələrinə 136 min insan çıxıb. Həmin gün Yelisey çöllərində radikallar avtomobilləri yandırıb və polislə toqquşublar. Parisin simvollarından biri olan məşhur "Arc de triomphe de " monumentinə ciddi ziyan dəyib. Sınıq heykəllərin, "başsız" Napoleonun fotoları qraffiti bütün dünyaya yayılıb.

Polis zorakılığı səhnələri medianın diqqətindən kənarda qalmayıb - hüquq-mühafizə orqanları etirazçılara qarşı gözyaşardıcı qaz rezin güllələrdən istifadə ediblər. Hərəkatın qeyri-rəsmi liderlərindən biri Jerom Rodriges bir gözündən məhrum olub.

 Nümayişçilərə qarşı xüsusi vasitələrdən düzgün istifadə olunmaması məsələsi hətta Dövlət Şurasına da çatıb.

"Jiletlər" hökumətdən ciddi güzəştlər ala biliblər. Yerli "Le Monde" qəzeti  qeyd edir ki, hakimiyyət yoxsullara kömək etmək üçün təxminən 17 milyard avro ayırıb və orta təbəqənin vergilərini azaldıb.

Bir çox partiyaların liderləri etirazçıların tələblərini dəstəkləsələr də, "sarı jiletlər" heç vaxt tam siyasi hərəkata çevrilməyiblər. 2020-ci ildə pandemiyanın başlaması ilə aksiyalar dayanıb və bundan sonra əvvəlki miqyasını almayıb.

Bu şənbə "sarı jiletlər" Fransa şəhərlərinin küçələrinə qayıtmağı planlaşdırıblar. Təşkilatçıların - "Sarı jiletlər və qəzəbli vətəndaşlar" komandasının əsas ümidi Parisədir. Burada aksiya şəhərin mərkəzində, Eyfel qülləsinin yaxınlığındakı Bretey meydanında səhər saat 11-də başlayacaq. Yürüş Parisin sol sahilinin böyük hissəsi boyunca 14-cü dairədəki Danfer-Roşro meydanına qədər keçiriləcək.

Lakin BFM TV telekanalı qeyd edir ki, bu, aksiyanın yalnız razılaşdırılmış marşrutudur. Bəzi fəallar rəsmi aksiyanın son nöqtəsindən bir neçə kilometr aralıda, Austerlits qatar stansiyasından çox da uzaq olmayan "Le Monde" qəzetinin redaksiyasına piyada getməyi təklif edirlər. "Jiletlər" medianın və təbliğatın "diktaturasına" qarşı belə mübarizə aparmağı planlaşdırır.

Etirazçıların tələbləri inflyasiya ilə mübarizə, əhaliyə dəstək üçün yeni tədbirlər və pensiya islahatlarından imtinadır.

"Le Parisien" qəzeti yazır ki, fəallar həmçinin hökumətin konstitusiyanın 49.3-cü maddəsini tez-tez tətbiq etməsinə qarşıdırlar. O, hökumətə deputatlar tərəfindən müzakirə edilmədən və Milli Assambleyada səs verilmədən qanun qəbul etməyə imkan verirsentyabr ayından bəri baş nazir Elisabet Born bu maddədən 10 dəfə istifadə edib.

 

 

 

2018-ci ilin genişmiqyaslı etiraz aksiyaları təkrarlanacaqmı?

 

 

 

İndi fransızları bir sual düşündürür: "jiletlər" 2018-ci ilin genişmiqyaslı etiraz aksiyalarını təkrarlaya biləcəkmi?

Təxminən 10 gün əvvəl təşkilatçıların sosial şəbəkələrdəki rəsmi qrupları cəmi bir neçə yüz nəfərdən ibarət idi. Parisin polis prefekturası Daxili İşlər Nazirliyinin neçə əməkdaşının asayişin qorunmasına cəlb ediləcəyini açıqlamayıb.

BFMTV  telekanalının xəbərinə görə, "sarı jiletlər"in liderlərindən biri iddia edib ki, bu dəfə aksiyalar barədə sosial şəbəkələrdən deyil, KİV-dən məlumat almaq mümkün olacaq.

 Jurnalistlərin adını çəkmədiyi təşkilatçı əmindir ki, mitinqə çıxmaq çağırışı "geniş işıqlandırılıb".

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 6 yanvar.- S.7.