Maestro Niyaziyə həsr olunmuş virtual sərgi hazırlanıb

 

 

Milli Arxiv İdarəsi dünyaşöhrətli dirijor, Xalq artisti Maestro Niyaziyə həsr olunmuş virtual sənəd sərgisini istifadəçilərin ixtiyarına verib.

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şəxsi mənşəli fondlarının sənədləri əsasında hazırlanmış bu virtual sərgi Niyazinin anadan olmasının 110-cu ildönümü münasibətilə hazırlanıb.

Maestro... Ona hər kəs bu cür xitab edirdi. İtalyan dilində "ustad" mənasında işlədilən bu kəlmə onun adının qarşısında hər zaman çəkilirdi. O, Hacıbəylilər nəslinin Üzeyir məktəbinin görkəmli nümayəndələrindən biri idi.

Niyazinin həm keçmiş ittifaq miqyasında, həm bütün dünyada Azərbaycan musiqisinin tanıdılmasında müstəsna xidmətləri olub.

Böyük sənətkar bəstəkarlıq fəaliyyətində demək olar ki, bütün janrlara müraciət edib. Lakin onun ən məşhur əsəri "Rast" simfonik muğamı idi.

Ölkə mədəniyyətinin inkişafında etdiyi xidmətlərinə görə 1959-cu ildə SSRİ Xalq artisti fəxri adına layiq görülmüş Niyazi bir çox orden medallarla da təltif edilib.

 

Azərbaycan.-2023.- 7 yanvar.- S.7.