"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8; 2005, ¹ 1, maddə 1, ¹ 8, maddə 700; 2006, ¹ 2, maddə 70; 2008, ¹ 2, maddə 49; 2010, ¹ 4, maddə 265; 2012, ¹ 1, maddə 2, ¹ 7, maddə 651; 2013, ¹ 12, maddə 1479; 2014, ¹ 2, maddə 78, ¹ 7, maddə 769, ¹ 11, maddə 1356, ¹ 12, maddə 1526; 2015, ¹ 11, maddə 1259; 2016, ¹ 4, maddə 644, ¹ 10, maddə 1606; 2017, ¹ 5, maddələr 709, 724, ¹ 10, maddə 1775; 2018, ¹ 12 (I kitab), maddələr 2471, 2531; 2019, ¹ 1, maddələr 16, 21, ¹ 2, maddə 176, ¹ 6, maddə 999, ¹ 7, maddə 1203; 2020, ¹ 6, maddə 675, ¹ 8, maddə 1017, ¹ 11, maddələr 1323, 1335; 2021, ¹ 12, maddə 1312; 2022, ¹ 8, maddə 827) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 15.9.1-1-ci maddə əlavə edilsin:

"15.9.1-1. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);".

2. 15.9.4-cü maddədə "məcburi icra orqanına" sözləri "icra məmurlarına" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2022-ci il

 

Azərbaycan.- 2023.-10 yanvar.- S.2.