İlham Əliyevin 4-cü sosial islahat paketi

 

Prezidentin xalqa yeni dəstək layihəsi 1 milyon 900 min vətəndaşı əhatə edəcək

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda əhalinin sosial müdafiəsinin etibarlı təmin edilməsi praktik işdə real təsdiqini tapır.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət qayğısı, imzaladığı fərman sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb. Ölkə Prezidenti bütün dövrlərdə əhalinin sosial müdafiəsinin təşkilini daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlayıb. Ən önəmlisi isə ondan ibarətdir ki, dövlətin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilir. Çox təqdirəlayiq haldır ki, hər il Prezidentin imzaladığı fərman sərəncamların 65 faizi məhz sosialyönümlü olur. Dövlət başçısının 2023-cü il üçün müəyyənləşdirdiyi sosial dəstək paketi bunun bariz təcəssümüdür.

İlham Əliyevin yeni fərman sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılır. Bu sosial dəstək paketinə uyğun olaraq əməkhaqqı, müavinət təqaüdlərin növbəti dəfə artırılması təmin olunur.

Dövlət başçısının 5 13 yanvar tarixli fərman sərəncamlarına əsasən vətəndaşların müavinət təqaüdlərində növbəti artımların edilməsi il bağlı Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində brifinq keçirilib bütün sahələrə edilən artımlar barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, dövlət başçısının bu istiqamətdə imzaladığı fərman sərəncamlar ümumilikdə 1 milyon 900 min vətəndaşı əhatə edəcək.

Beləliklə, Prezidentin imzaladığı fərman sərəncamlara əsasən:

* Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 1500 manata;

* Minimum aylıq əməkhaqqının məbləği 345 manata;

* Əmək pensiyasının minimum məbləği 280 manata;

* Şəhid ailəsi üçün Prezident təqaüdü 600 manata;

* 20 Yanvar şəhidinin ailəsi üçün Prezident təqaüdü 600 manata;

* 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları bu kateqoriyaya aid digər şəxslərə verilən  Prezident təqaüdünün aylıq məbləği 330 manata;

* Əfqanıstan müharibəsi iştirakçıları, itkin düşmüş həlak omuş hərbi qulluqçuların ailələrinə verilən təqaüd 600 manata;

* Müharibə ya 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən təqaüd orqanizmin funksiyalarının (81-100, 61-80, 31-60 ) faiz pozulmasına görə 500, 400 330 manata;

* Çernobıl AES- hərbi xidmətlə əlaqədar - I qrup əlillər üçün 500,  II qrup 400   III qrup 330 manata;

* Yaşa görə sosial müavinətin məbləği 220 manata;

* Orqanizmin funksiyalarının (81-100, 61-80, 31-60 ) faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270, 220  150  manata;

* "Xalq" fəxri adına görə təqaüdün məbləği 200, "Əməkdar" fəxri adına görə təqaüdün məbləği 150 manata;

* Əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) verilən təqaüd 200 manata;

* Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği 105 manata;

* Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manata;

* Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 manata;

* Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 manata;

* Uşağın anadan olmasına görə birdəfəlik sosial müavinətin məbləği 500 manata;

* Dəfn üçün sosial müavinətin məbləği 500 manata.

* Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata;

* Doktorantlara, ali təhsil, orta ixtisas peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri pillə səviyyə dərəcəsinə uyğun;

* Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları isə ümumilikdə 15 faiz artıb.

Qeyd olunub ki, son 5 ildə icra olunan 4 sosial islahat paketi nəticəsində şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü 2,5 dəfə, əlilliyi olan şəxslər üçün müavinət təqaüdlər orta hesabla 3 dəfə, aztəminatlı ailələrdə bir yaşınadək uşağa görə müavinət 2,1 dəfə, uşağın anadan olmasına görə birdəfəlik müavinət 4,6 dəfə, dəfn üçün birdəfəlik müavinət 3,4 dəfə, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, yaşa görə müavinət 3 dəfə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət 3,2 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə ya 18 yaşınadək əlilliyi müəyyən olunmuş şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü 2 dəfə, ailə başçısını itirməyə görə müavinət 76,5 faiz artırılıb.

Yeni fərman sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət təqaüdlərin artırılması təmin edilir.

Bütün bunlar bir daha Azərbaycanın həm sosial dövlət olduğunu, Prezident İlham Əliyevin isə siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı bir daha öz təsdiqini tapır. Prezidentin təşəbbüskarı olduğu onun imzası ilə həyata keçirilən müxtəlif sosial paketlərə nəzər salsaq görərik ki, onların hər biri əhalinin ən həssas təbəqəsindən olan insanları əhatə edir.

Beləliklə, artımlar artıq 2023-cü ildə bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Onu da vurğulayaq ki, bütövlükdə 2023-cü ilin dövlət büdcəsindən sosial sahəyə 15,2 milyard manat vəsait ayrılacaq. Bu, büdcə xərclərinin 46 faizi deməkdir təbii ki, müstəqillik dövründə ən böyük sosial ayırmalardır.

Sonda onu da qeyd edək ki, ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan - 2023.-14 yanvar.- S.1; 4.