Prezident İlham Əliyev DavosdaFortesque Future Industries” şirkətinin sədri ilə görüşüb 

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DavosdaFortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə "Fortesque Future Industries" şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirildi. Eyni zamanda, BuxarestdəAzərbaycan Respublikası, Gürcüstan, Rumıniya Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının da önəmi vurğulandı. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulandı.

Bildirildi ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları sazişlər ölkəmizə 22 min meqavatadək külək günəş enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulandı.

Görüşdə ölkəmizin bərpaolunan zəngin enerji potensialına malik olduğu qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2023.- 18 yanvar.- S. 1-2.