İlham Əliyevin qlobal liderliyinin daha bir nümunəsi

 

Ərəb dünyası Azərbaycan Prezidentini ən etibarlı tərəfdaş sadiq dost kimi qəbul edir

 

Azərbaycanın  uğurlu xarici siyasətinin nəticəsi olaraq ölkəmizin müsəlman dünyası, o cümlədən ərəb dövlətləri ilə əlaqələri son dövrlərdə daha da inkişaf edib, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoyub.  Xüsusilə qeyd edilməlidir ki, ərəb dünyası Azərbaycanın inkişafını, eləcə beynəlxalq münasibətlər sistemindəki rolunu nüfuzunu yüksək qiymətləndirir. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dəvəti ilə Prezident İlham Əliyevin yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı da bu ölkənin timsalında ərəb dünyasının ölkəmizə onun rəhbərinə olan yüksək ehtiramının göstəricisidir.

 

Münasibətlərin inkişafını şərtləndirən amillər

 

Ortaq mədəni-mənəvi dəyərlər, tarixən mövcud olmuş əlaqələr müasir dövrdə Azərbaycanla ərəb dünyası arasında münasibətlərin daha da inkişafını şərtləndirən amillərdir. Bu gün ölkəmizin Səudiyyə Ərəbistanı, İraq, Qətər, İordaniya, Misir digər ərəb dövlətləri arasında geniş siyasi münasibətləri, müxtəlif sahələrdə yüksək qarşılıqlı əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, bu dövlətlər Azərbaycanı beynəlxalq məsələlərdə daim dəstəkləyiblər.

Səudiyyə Ərəbistanı isə Ermənistanla diplomatik münasibətlər qurmayıb bunun da yeganə səbəbi Azərbaycan torpaqlarının işğalı idi.

Ümumiyyətlə, ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyünə suverenliyinə dəstəklərini ifadə ediblər.

Ötən il noyabrın 1-də Prezident İlham Əliyevin  Əlcəzairdə keçirilən  Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirakı da respublikamızla ərəb dünyası arasındakı daha da yüksələn səmimi münasibətlərin göstəricisi idi. Zirvə toplantısına dəvətə görə Əlcəzair Prezidentinə Ərəb Dövlətləri Liqasının baş katibinə təşəkkürünü bildirən Prezident İlham Əliyev dəvətin dostluq qardaşlıq əlaməti olduğunu bildirmişdi.

Xatırladaq ki, Azərbaycanla ərəb dövlətlərinin birliyi olan Ərəb Dövlətləri Liqası arasında da əməkdaşlıq əlaqələri mövcuddur.

Ölkəmiz müşahidəçi statusunda təşkilatın  üzvüdür. Hazırda liqa yeddi ölkə ilə, o cümlədən Azərbaycanla imzalanmış Anlaşma memorandumu əsasında əməkdaşlıq edir. Anlaşma memorandumu 2005-ci ildə imzalanıb. 2014-cü ildə isə Ər-Riyadda Ərəb Dövlətləri Liqası, Orta Asiya Azərbaycan Respublikası arasında Əməkdaşlıq memorandumu imzalanıb. Onu da qeyd edək ki, Ərəb Dövlətləri Liqasının üzvləri həmçinin Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatında təmsil olunurlar. Azərbaycan bu təşkilat çərçivəsində ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

 

Dostluğun qardaşlığın nümunəsi

 

Prezident İlham Əliyevin işgüzar səfərdə olduğu Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu ölkə 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1992-ci ildən isə iki dövlət arasında diplomatik  münasibətlər qurulub. Ötən əsrin 90-cı illərinin ortalarından ticari-iqtisadi digər sahələrdə əməkdaşlıq genişlənməyə başlayıb.

Son səfər zamanı Prezident İlham Əliyevlə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan arasında görüşdə Azərbaycanla BƏƏ-nin siyasi, iqtisadi, təhlükəsizlik digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirildi, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulandı. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edildi.

Onu da xatırladaq ki, keçən ay Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qəbul etdirməyə çalışdığı sənədin əleyhinə çıxanlardan biri BƏƏ-dir.  Hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən bu ölkə BMT TŞ-dəki müzakirələrdə ölkəmizə dəstək göstərib. BƏƏ-nin bu mövqeyi, eləcə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər qələbələr münasibətilə təbriklərini çatdırması ondan xəbər verir ki, bu ölkə Azərbaycanın Vətən müharibəsindəki qələbəsini yaratdığı yeni reallıqları dəstəkləyir.

 Prezidentlərin görüşündə bu məsələyə toxunulub dövlətimizin başçısı BMT TŞ- Cənubi Qafqaz regionuna aid müzakirələrdə BƏƏ-nin Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib, bunu dostluğun qardaşlığın nümunəsi kimi dəyərləndirib.

 

Yüksək nüfuzun təcəssümü

 

Prezident İlham Əliyevin dəvət olunduğu Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, adamlarını gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir.

Prezident İlham Əliyevin bu mötəbər beynəlxalq tədbirə dəvət olunması sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir. Hazırda enerji sahəsində ölkəmizin prioritetlərindən biri bərpaolunan enerji ilə bağlı yeni layihələrin həyata keçirilməsidir. Artıq bu sahədə Azərbaycanla BƏƏ arasında real əməkdaşlıq mövcuddur. Belə ki, ötən il təməli qoyulmuş "Qaradağ" Günəş-Elektrik Stansiyasını bu ölkənin "Masdar" şirkəti inşa edir.

Eyni zamanda İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycanla BƏƏ arasındakı yüksək siyasi münasibətlərin göstəricisidir. Bu səfər, eləcə BMT TŞ-dəki birmənalı dəstək göstərir ki, Azərbaycanla BƏƏ yaxın tərəfdaş dost dövlətlərdir.

Xüsusilə qeyd etməliyik ki, Azərbaycan Prezidentinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinə dəvət alması İlham Əliyevin yüksək nüfuzunun təcəssümüdür.  Bu dəvət İlham Əliyevin qlobal liderliyinin daha bir nümunəsidir görünən həm odur ki, ərəb dünyası Azərbaycan Prezidentini ən etibarlı tərəfdaş sadiq dost kimi qəbul edir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan. - 2023.-18 yanvar.- S.1; 4.