"Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının   94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Dövlət torpaq kadastrı, torpaqların monitorinqiyerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 157; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 10, maddə 938; 2018, ¹ 7 (I kitab), maddə 1387; 2020, ¹ 8, maddə 1016) 22-ci maddəsinin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqifiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqiyerquruluşu işləri, texniki kadastryerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqifiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  müəyyən etdiyi  məbləğdə xidmət haqları ödənilir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 noyabr 2022-ci il

 

Azərbaycan. - 2023.-22 yanvar.- S.2.