Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini  rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 1276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 2, maddə 118; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 dekabr tarixli 1914 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsi"nin 5.1-ci bəndində "ilkin nizamnamə fondu 100 000 (yüz min)" sözləri "nizamnamə fondu 2 209 512,9 (iki milyon iki yüz doqquz min beş yüz on iki manat doxsan qəpik)" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 yanvar  2023-cü il

 

Azərbaycan.- 2023.- 22 yanvar.- S.2.