"Azərbaycan Respublikası İpotekaKredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. "Azərbaycan Respublikası İpotekaKredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 5, maddə 897, ¹ 12 (I kitab), maddə 2592; 2019, ¹ 12, maddə 1923; 2021, ¹ 9, maddə 985) 3.2-ci bəndində "2022-ci" sözləri "2024-cü" sözləri ilə, "2025-ci" sözləri isə "2027-ci" sözləri ilə əvəz edilsin.

2.  Bu Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 yanvar 2023-cü il

 

Azərbaycan.- 2023.- 27 yanvar.- S.3.