Parlamentin sədri: Qırğızıstan Azərbaycanla qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə önəm verir

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə strateji əməkdaşlıq münasibətləri, əməkdaşlığın perspektivləri parlamentlərarası əlaqələr barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycan ilə Qırğızıstan arasında tarixi dostluq qardaşlıq əlaqələrinin ölkə liderləri arasında mövcud qarşılıqlı etimad siyasi dialoq nəticəsində daha da möhkəmlənərəkAzərbaycan Respublikası Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannaməilə təsbitini tapdığını məmnunluqla qeyd edib. Qarşılıqlı səfər təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, habelə müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verdiyi diqqətə çatdırılıb.

Nazir xüsusilə parlamentlərarası müstəvidə ölkələrin bir-birinin mövqeyinə qarşılıqlı dəstək göstərməsinin vacibliyi qeyd edilib, parlamentlərarası əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu vurğulayıb.

Bununla yanaşı, regional beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin inkişafının önəmi qeyd olunub. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadə olunması istiqamətində TDT- üzv dövlətlər arasında intensiv təmasların vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda, TDT-nin iyulda Şuşada keçiriləcək növbədənkənar zirvə görüşünün oktyabrda Bişkekdə təşkil ediləcək rəsmi sammitin Təşkilatın inkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam bildirilib.

Qırğızıstan parlamentinin sədri, həmçinin COP29-a hazırlıq işləri, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi barədə məlumat verilib.

Nurlanbek Şakiyev ölkəsinin Azərbaycanla qədim tarixi bağlara əsaslanan qardaşlıq münasibətlərinə önəm verdiyini yuxarıda qeyd olunan sahələrdə əməkdaşlığın təkmilləşdirilməsi perspektivlərinin mövcudluğunu qeyd edib. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirdə iştirak məqsədilə ölkəmizə səfərini məmnunluqla xatırlayan spiker iki ölkənin parlamentləri arasında əməkdaşlığın gündən-günə dərinləşdiyini vurğulayıb.

Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran ikitərəfli çoxtərəfli məsələlər müzakirə edilib.

 

Azərbaycan.- 2024.- 10 aprel, № 74.- S.6.