BMT QAK-ın nümayəndələri Böyük Qayıdış Proqramı çərçivəsində görülən tədbirlər barədə məlumatlandırılıb

 

Aprelin 9-da Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) ölkəmizdəki nümayəndəsi xanım Bik Lum nümayəndəliyin məsul əməkdaşları ilə görüş keçirilib.

QMKİDK-dən AZƏRTAC-a bildirilib ki, komitə sədri Rövşən Rzayev ölkə Prezidentinin tapşırıqları əsasında işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında keçmiş məcburi köçkünlərin doğma yurda geri dönüşünün səmərəli təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin uğurla icra olunduğunu deyib.

Qonaqlara qurumun bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verən R.Rzayev diqqətə çatdırıb ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva həmin kateqoriyadan olan vətəndaşların problemlərinin həlli istiqamətində görülən işləri daim diqqətdə saxlayır, onlara qayğı göstərir.

Görüş zamanı qaçqınlara məcburi köçkünlərə BMT QAK-ın dəstəyi minnətdarlıq hissi ilə xatırlanıb.

Xanım Bik Lum təmsil etdiyi beynəlxalq təşkilatın fəaliyyəti, qarşıdakı dövrdə Böyük Qayıdış proqramına dəstək niyyətləri bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Görüşdə BMT QAK-ın Dövlət Komitəsi ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran məsələlərə münasibət bildirilib.

 

Azərbaycan.- 2024.- 10 aprel, №74.- S.10.