Sülhə nail olunması vasitəçilərsiz mümkündür

 

4 kəndin azad olunması ilə bağlı razılaşma bunu təsdiq edir

 

 

Qazax rayonunun 4 kəndinin bir güllə atılmadan, bir itki verilmədən azad edilməsi həm Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılmasında üçüncü tərəfə ehtiyac olmadığının faktla təsdiqi oldu. Heç bir kənar vasitəçiyə ehtiyac görmədən iki ölkə öz aralarında dil taparaq, danışıqlar apararaq qeyri-anklav kəndlərin qaytarılması barədə razılığa gəldilər.

Bakı İrəvanın delimitasiya proseslərinin başlanması istiqamətində atdığı bu mühüm addım bir daha ortaya qoydu ki, nəhayət, Cənubi Qafqazda davamlı sülh üçün real şərait yaranıb.

 

 

Problemlər danışıqlar yolu ilə çözülür

 

Bakının yürütdüyü qətiyyətli siyasət onilliklərdir bölgədə yaşanan gərginliyə, münaqişəyə son qoyub. Düz 30 illik böyük bir zaman dilimində aparılan danışıqlar nəticəsində heç cür əldə edilə bilinməyən davamlı sülh üçün yol açılıb. Artıq dünyada "Qarabağ münaqişəsi" deyə bir problem yoxdur. Azərbaycanın torpaqlarını işğaldan qurtarması, suverenliyini tam təmin etməsi ərazilərində separatizmi məhv etməsi ilə iki ölkə arasında münasibətlərin normallaşmasına geniş imkanlar yaranıb. Cəmi bir neçə il əvvələ qədər imkansız görünən hadisələrin gerçəyə çevrildiyinə, Ermənistan ilə Azərbaycanın birgə açıqlama yaydığına, bir-birlərinə qarşı xoşməramlı addımlar atdığına, problemləri masa arxasında danışıqlar yolu ilə həll etdiklərinə şahidlik edirik. Qazax rayonunun illərdir işğal altında qalan 4 kəndinin azad edilməsi ilə bağlı razılığın əldə olunması da buna daha bir nümunədir. 

Xatırladaq ki, ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistan Respublikası baş nazirinin aparatı birgə açıqlama yaymış, "Azərbaycan Respublikası Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir", - deyə bəyan etmişdilər.

O da vurğulanmışdı ki, Azərbaycan Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar.

 

Beynəlxalq ictimaiyyət bu addımı alqışladı

 

 

Qeyri-anklav 4 kəndin qaytarılması barədə iki ölkə arasında əldə olunan razılaşmadan dərhal sonra ard-arda gələn açıqlamalar göstərdi ki, problemin bu yöndə həlli beynəlxalq ictimaiyyət tərəfindən də alqışlanır və bu, sülh prosesində mühüm addım kimi dəyərləndirilir.

"Biz Azərbaycan Ermənistanın iki ölkə arasında sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci il Alma-Ata Bəyannaməsini razılaşdırdıqları barədə elanı alqışlayırıq", - deyə ABŞ Dövlət katibi Entoni Blinken "X" hesabında bildirib. E.Blinken qeyd edib ki, bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır.

NATO da Azərbaycan Ermənistan arasında normallaşma səylərini dəstəklədiyini açıqlayıb. NATO Baş katibinin Cənubi Qafqaz Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib ki, sərhədin delimitasiyası üçün baza sənədi kimi 1991-ci ildə Alma-Ata Bəyannaməsi ilə bağlı Azərbaycan Ermənistan arasında razılaşmanı alqışlayırıq: "Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfərində qeyd etdiyi kimi, NATO normallaşma səylərini güclü şəkildə dəstəkləyir".

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosial şəbəkəsində yazıb ki, iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistan Azərbaycan arasında razılaşmanı alqışlayırıq: "Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə müzakirələrin əsas elementinə çevrilib bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq".

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan ikitərəfli bütün məsələləri həll etməyə çağırıb.

Bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin 20 apreldə verdiyi bəyanatda deyilir ki, baş katib Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini yaxından izləyir. Tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası demarkasiyasını davam etdirməyə münasibətlərin tam normallaşması üçün bütün həll edilməmiş ikitərəfli məsələləri həll etməyə çağırır.

Eyni zamanda Almaniya, İsveç, Norveç digər ölkələr tərəfindən verilən açıqlamalarda Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunmasının alqışla qarşılandığı bildirilib.

 

 

"Bizə bu məsələdə vasitəçi lazım deyil"

 

 

Azərbaycan postmünaqişə dövründə iki ölkə arasında normallaşmaya nail olunması üçün fəal aparıb. Ancaq Cənubi Qafqazla bağlı məkrli planları olan bəzi xarici qüvvələr ötən müddətdə hər vəchlə Bakının sülh təşəbbüslərinə kölgə salmağa çalışıblar. Xüsusilə özünü demokratiya beşiyi sanan Fransa bölgədəki işlərə hər vasitə ilə qarışmaq üçün riyakar planlar cızıb, Ermənistanı silahlandıraraq revanşa qızışdırıb. Bakıya bütün vasitələrlə təzyiq göstərməyə çalışan Paris əlbir olduğu bəzi Qərb təsisatları ilə birgə neçə müddət idi ki, guya Azərbaycanın Ermənistana hücum edəcəyi kimi yalanlar tirajlayırdı.

Amma Azərbaycan ilə Ermənistan arasında masa arxasında əldə edilən razılaşmaya əsasən, Qazaxın 4 kəndinin azad edilməsi ilə məkrli xarici qüvvələrin bu tezisi çürümüş oldu. Dünya da gördü ki, məhz Azərbaycan tərəfinin qətiyyətli siyasəti nəticəsində sülh səyləri bəhrə verməyə başlayıb.

Bütün bunlar Prezident İlham Əliyevin fevralın 14-də inaqurasiya mərasimində "bizə bu məsələdə vasitəçi lazım deyil" fikirlərinin daha bir təsdiqidir.

 

 Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.9.