Zamanın fövqündə dayanan ədəbi irs

 

 

Azərbaycan ədəbiyyatının formalaşmasında, yeni yaradıcılıq prinsiplərinin işlənib hazırlanmasında bədii kamillik zirvəsinə çatmasında böyük rol oynamış görkəmli yazıçı, nəzəriyyəçi tənqidçilərdən biri Mehdi Hüseyn olmuşdur.

Müasirləri onu yaradıcılığının ilk addımlarından son nəfəsinə qədər ədəbiyyat cəbhəsində vuruşan əsgər kimi tanımışlar. Həmişə sözə yüksək dəyər verən Mehdi Hüseyn yazdığı bir-birindən maraqlı əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirmişdir. Onun əsərləri bu gün sevilə-sevilə oxunur.

Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 1909-cu il martın 22-də Qazax rayonunun II Şıxlı kəndində anadan olub. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tipli kinossenaristlər kursunda təhsil alıb. Mehdi Hüseyn əlli altı illik ömrünün qırx ilini XX əsr Azərbaycan ədəbiyyatının təşəkkülü inkişafına həsr edib. Xalq yazıçısı Mehdi Hüseyn keçmiş SSRİ Azərbaycan Ali Sovetlərinə deputat seçilib. Böyük yazıçı, dövlət adamı, ictimai-siyasi xadim olan Mehdi Hüseyn xalqımızın çoxəsrlik ədəbiyyatını zəngin mədəniyyətini dünyanın bir sıra ölkələrində layiqincə təmsil edib.

Yaşadığı ömür yollarını vərəqlədikcə öyrənirik ki, Mehdi Hüseyn yaradıcılığa müxbir yazıları ilə başlayıb. Bir-birinin ardınca müxtəlif mövzularda bir sıra məqalələr qələmə alan Mehdi Hüseyn çox keçmədən klassik irsə münasibət, yeni insan təsviri, yeni mövzular aləmi ilə bağlı geniş mühazirələrdə çıxış edib. Yazıçı bu məqalələri ilə gələcək yaradıcılıq yollarına yeni uğurlar açıb. Mehdi Hüseyni fərdi xüsusiyyətlərə malik nasir kimi tanıdan ilk əsəri "Tərlan" romanı olub.

Mehdi Hüseyn otuzuncu illərdən bir nasir kimi bədii əsərlərlə çıxış etməyə başlayıb. O, ilk olaraq 1930-cu ildə "Xavər" "Bahar suları" adlı hekayələrini oxuculara təqdim edib. Mehdi Hüseyn 1931-1937-ci illərdə daha irihəcmli əsərlər yazmağa başlayıb uğur qazanıb.

Böyük yazıçının ilk hekayəsi 1927-ci ildə nəşr edilib. İlk irihəcmli əsəri məhəbbət mövzusunda yazdığı "Kin" povestidir. Yazıçı müharibə mövzusunda "Nişan üzüyü" hekayəsini, "Fəryad" "Ürək" povestlərini yazıb. Bakı neftçilərinin bədii obrazını 1948-ci ildə yazdığı "Abşeron" romanında bütün dolğunluğu ilə əks etdirib. Bu roman ona böyük şöhrət qazandırıb, dərsliklərə salınıb.

Mehdi Hüseyn tarixi mövzuda dram əsərləri qələmə alıb. "Cavanşir", "Nizami", "Şamil" pyeslərində görkəmli şəxsiyyətlərin obrazlarını geniş işıqlandırıb. Yazıçı bu dramlarında Azərbaycan xalqının vətənpərvərliyini, qəhrəmanlıq ənənələrini qabarıq şəkildə əks etdirib.

M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini "Yeraltı çaylar dənizə axır" romanında bədii şəkildə, böyük sənətkarlıqla əks etdirib. O, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan Xalq yazıçısı SSRİ Dövlət mükafatı laureatıdır. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) vəzifələrində çalışıb.

Mehdi Hüseynin "Bizdə futurizm cərəyanı" ilk tənqidi məqaləsi 1926-cı ildə işıq üzü görmüşdür. "Daşqın" (1933-36) romanında nasir fərdi xüsusiyyətləri ilə seçilən süjetlər yaratmışdır. Azərbaycan ədəbiyyatının ən mühüm tarixi əsəri olan "Səhər" (1953), "Tərlan" (1940), "Vətən çiçəkləri" (1942), "Moskva" (1942), "Ürək" (1945), "Fəryad" (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, insanların mərdliyi qəhrəmanlığı geniş şəkildə tərənnüm olunmuşdur.

Neftçilərin həyatından bəhs edən "Abşeron" (1949), müəyyən mənada onun davamı olan "Qara daşlar" (1957-59) ölməz "Yeraltı çaylar dənizə axır" (1965-1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından oxucuların diqqətini cəlb edir.

M.Hüseynin romanları həqiqi bədii istedadın yüksək təfəkkürün məhsuludur. Görkəmli yazıçının əsərlərində zəngin məna potensialı var. Bu cəhət onun əsərlərinin bütün zamanlarda oxunacağına zəmanət verir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Dərinməzmunlu əsərləri ilə ədəbiyyatımıza böyük töhfələr vermiş Mehdi Hüseyn 1965-ci il martın 10-da Bakıda vəfat etmişdir. Mehdi Hüseyn böyük bir məktəb idi. Həmin məktəbdən bu gün yenə milyonlarla oxucu faydalanır. Əsərlərinin dolğunluğundan, zamanla səsləşməsindəndir ki, onun qoyub getdiyi ədəbi irsə maraq heç vaxt azalmır.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 23 aprel, № 81.- S.15.