İlham Əliyev Azərbaycanın düşmənlərinə siyasət dərsi keçdi

 

 

"Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvətilə "15-ci Petersberg İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya səfəri xeyli əhəmiyyətli oldu. Dövlətimizin başçısı tədbirdəki çıxışı ilə Qərb siyasətçilərinə, xüsusən Avropada Azərbaycana qarşı düşmən mövqeyi ilə "seçilən"lərə əsl siyasət dərsi keçdi. Prezidentimiz böyük siyasətçilərə prinsipial dövlət başçılarına xas olan liderlik xüsusiyyətlərini Avropa diplomatlarına sübut etdi".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib. Deputat Prezident İlham Əliyevin çıxışı zamanı toxunduğu vacib məsələlər barədə danışıb: "Dövlət başçısının Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol barədə söylədiyi fikirlər çox dəyərlidir. Ölkəmiz Avropa İttifaqına üzv 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş Bəyannamə imzalayıb. Avropanın bir çox dövlətləri Azərbaycanı etibarlı tərəfdaş hesab edir. Son illər Avropada yaranmış gərgin geosiyasi vəziyyətlə əlaqədar ölkələrin enerji təhlükəsizliyinə böyük problemlər yarandığı bir vaxtda bu, vacib məsələdir. Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Bu səbəbdən Avropa İttifaqının rəhbərliyinin Avropa dövlətlərinin enerjiyə olan ehtiyaclarını ödəmək üçün Azərbaycana etdiyi müraciət İlham Əliyev tərəfindən müsbət qarşılanıb. 2022-ci ilin iyulunda Avropa İttifaqı Komissarlığı ilə Azərbaycan dövləti arasında Avropaya təbii qazın nəql edilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Artıq hər il Azərbaycandan "Cənub qaz dəhlizi" vasitəsilə Avropa dövlətlərinə 12 milyard kubmetr təbii qaz ixrac edilir. İmzalanmış Memoranduma əsasən, 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Hər il Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır.  Bununla da Azərbaycan hər zaman dostluğa, qarşılıqlı hörmətə etimada sadiq bir dövlət olduğunu nümayiş etdirir".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev çıxışında Azərbaycanın "yaşıl enerji" istehsalı sahəsində öncül dövlətlərdən olduğunu bu sahədə böyük layihələrə imza atdığını vurğulayıb. Azərbaycan neft qazla zəngin təbii ehtiyatlara malik dövlət olmasına baxmayaraq, Yer kürəsində iqlim dəyişikliyinə qarşı, dünyada "yaşıl enerji"yə keçidlə bağlı bir sıra böyük layihələr həyata keçirilib bu işlər ardıcıl davam etdirilir. Qarabağ Şərqi Zəngəzur dövlət başçısı tərəfindən "yaşıl enerji" zonası elan edilib.

"Bakı ətraf ərazilərdə günəş küləklə işləyən elektrik stansiyaları inşa edilib bu işlər regionlarımızı da əhatə edəcək. 2030-cu ilə qədər Azərbaycan elektrik enerjisinə olan tələbatının 30 faizini bərpaolunan enerji ilə təmin etməyi planlaşdırır. Bununla yanaşı, yaxın illərdə ölkəmizdə istehsal olunacaq "yaşıl enerji" Avropa dövlətlərinə ixrac ediləcək.  "Yaşıl enerji" istehsalı ilə təbii qaza qənaət ediləcək ki, bu da 5 milyard kubmetrə bərabər olacaq. "Yaşıl enerji"nin artırılmasının ümdə məsələ olmasına baxmayaraq, dünyada təbii qaza tələbat da uzun illər mövcud olacaq.  Nəzərə almaq lazımdır ki, Azərbaycanda təbii qaz yataqlarında kifayət qədər qaz resursları mövcuddur qaz hasilatını artırmaq imkanımız böyükdür", - deyə müsahibimiz əlavə edib.

Kamilə Əliyeva yekunda vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışından sonra Qərb bir daha anladı ki, Azərbaycan tək region üçün deyil, dünya üçün çox əhəmiyyətli, güclü etibarlı dövlətdir.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.7.