Həsrətin vüsalı

 

 

Füzuli şəhəri daha 153 sakinini qarşıladı

 

 

 

"Müharibədən cəmi üç il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb bu proses davam etdirilir. Bu ilin sonuna qədər 20 min köçkün qayıdacaq hər qayıdan insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə qayıdır, şəhidlərə Allahdan rəhmət diləmək sözləri ilə qayıdır".

Bu fikirləri Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib. Dövlət başçısı bu gün torpaqlarımızın bərpa edilməsinin ümumxalq məsələsi olduğunu vurğulayıb.

Prezidentin qeyd etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimiz sürətlə bərpa olunur, geniş tikinti-quruculuq işləri aparılır. Bunun nəticəsi olaraq 2022-ci ilin iyul ayından etibarən keçmiş məcburi köçkünlər yurdlarına qovuşurlar. Elə bir ay, həftə yoxdur ki, qayıdış köçünün şahidi olmayaq. Uzun illərdir əzəli yurd yerlərinə həsrət qalan vətəndaşlarımız mərhələli olaraq torpaqlarına qovuşurlar.

Dünən Füzuli şəhərinə daha 39 ailə - 153 nəfər köçürülüb. Bakı Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 33 ailə (131 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb. Yevlax şəhərində, Füzuli Şamaxı rayonlarında məskunlaşmış 6 ailə (22 nəfər) məskunlaşdıqları ərazidən yola salınaraq Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulublar. Bununla da Füzuli şəhərinə köçürülən ailələrin sayı 822-yə, sakinlərin sayı isə 3132 nəfərə çatıb.

İşğaldan azad olunan ərazilərin bərpası keçmiş məcburi köçkünlərin bu torpaqlarda daimi məskunlaşması üçün bütün tədbirlər görülür. Şəhərdə müasir həyat şəraitinin təmin edilməsi üçün orta azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa edilir, təhsil, səhiyyə, mədəniyyət istehsalat müəssisələri yaradılır. 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur.

Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik idman meydançaları, "Poeziya" meydanı, amfiteatr, kafe-restoranlar s. fəaliyyət göstərəcək. Şəhərdə müayinə müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq.

İşğaldan azad edilmiş ərazilərimizə indiyədək 1704 ailə - 6685 nəfər olmaqla, 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 472 ailə (1773 nəfər) Laçın şəhərinə, 822 ailə (3132 nəfər) Füzuli şəhərinə, 215 ailə (819 nəfər) Laçın rayonunun Zabux kəndinə qayıdıb.

Böyük qayıdış çərçivəsində azadlığa qovuşmuş ərazilərin əzəli sahibləri torpaqlarına dönəcək, daha beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi Xocalıya qayıdış baş tutacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulur. Daha sonra Laçın rayonunun Sus kəndinə, Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin bərpasına start veriləcək.

Düşməndən azad etdiyimiz ərazilərimizin tam məskunlaşmasına, keçmiş məcburi köçkünlərin yurd həsrətinin bitməsinə az qalıb. Artıq 2026-cı ilin sonunda Böyük qayıdışın birinci mərhələsi bitəcək. O zamana qədər Qarabağ Şərqi Zəngəzurda 140 min nəfərin - 34 min 500 ailənin dədə-baba torpaqlarında daimi məskunlaşması təmin ediləcək. Düşmənin viran qoyduğu şəhər kəndlərimiz yenidən qurulduqca uzun illərdir nisgil çəkən, əsarət altında qalmış yurdlarına qovuşmaq arzusu ilə yaşayan yüz minlərlə vətəndaşımız əzəli torpaqlarına qovuşacaqlar.

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.9.