Revanşistlər çevriliş planı hazırlayırlar

 

 

Kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb

 

 

 

Son günlərdə Hayastanda narazılıq qarşıdurma hallarının daha da artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər kəskinləşməsi müşahidə olunur. Müxalifət təşkil etdiyi aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir. Azərbaycanla sərhəd bölgəsində delimitasiya demarkasiya prosesinin başlanılmasına Hayastanda müsbət yanaşanlar çoxluq təşkil etsə , keçmiş hərbi xunta təmsilçiləri buna qarşı çıxır, onu əngəlləməyə cəhd edirlər. Tavuş bölgəsində başlayan kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb.

Müxalifətçilər etirazlarına səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.  Erməni radikallar Ermənistanın daxili dövlətlərarası magistral yollarını bloklamağa çalışırlar.

Proseslər göstərir ki, keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Bununla da sabiqlər yenidən hakimiyyət başına qayıtmağı düşünürlər. Əsas niyyət son günlərdə daha da alovlanan etirazlar nəticəsində hakimiyyətə qarşı müqavimət itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaqdır. Bundan sonra güc yolu ilə olsa belə, hakimiyyəti qəsb etməkdir.

Paşinyan hakimiyyəti bəyan edib ki, sərhədlərin delimitasiyası Hayastanın təhlükəsizliyinin təmin edilməsinin yeganə çıxış yoludur. Buna qarşı çıxan erməni radikallar isə hazırda Ermənistanı növbəti dağıdıcı müharibə təhlükəsi ilə üzləşdirməyə cəhd göstərirlər. Çünki sərhədlərin delimitasiyasından imtina məhz növbəti müharibəyə legitim səbəblər yaratmaq deməkdir. Onlar kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə təzyiq göstərərək, sərhədlərin delimitasiya prosesinin dayandırılmasını tələb ediblər. Halbuki, indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz. Erməni radikallar hələ ötən əsrin 90-cı illərində olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə çata biləcəklərinə ümid bəsləyirlər.

"4rd.am" nəşri isə yazıb ki,  Hayastanda yeni milli hökumətin formalaşdırılması anı çoxdan yetişib bu məsələdə cəmiyyətin əksəriyyəti arasında konsensus formalaşıb. Nəşr qeyd edib ki, bunu həm müxtəlif mərkəzlər tərəfindən dərc edilən sorğular, araşdırmalar, həm ictimai rəylər sübut edir. Müxtəlif sorğular göstərir ki, insanların 60 faizdən çoxu ölkəyə rəhbərlik edən yeni siyasi qüvvə görmək istəyir. Məlumata görə, son vaxtlar daxili siyasi sahədə diqqətəlayiq "sualtı" proseslər gedir: "Mənbələrimiz bildirir ki, müxtəlif siyasi qüvvələr xadimlər arasında demək olar ki, hər gün müxtəlif platformalarda hələlik açıqlanmayan görüşlər keçirilir. Həmin görüşlərin əsas mövzusu, belə demək mümkündürsə, "üçüncü qüvvə"nin yaradılması yoluyla ölkəni məhvə aparan hakimiyyətdən bir an öncə qurtulmaq məqsədilə resursların birləşdirilməsinin zəruriliyidir".

Bütün bunların fonunda erməni kilsəsinin Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarında əsas siyasi-ideoloji mərkəz rolunu öz üzərinə götürməsi diqqətçəkən məqamlardan biridir. Kilsə xalqı Paşinyan hakimiyyətini devirməyə çağırır. Bəzi məlumatlara görə, erməni katalikos son vaxtlar davamlı olaraq, keşişlərə əhalinin kütləvi etiraz aksiyalarına qoşulmasını təmin etmək barədə təlimatlar verib.

Beləliklə, müxalifət İrəvanda etirazlara başlayacağını bəyan etməklə bu yoldan dönməyəcəklərini bildirir.  Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Hayastanda qarşıdakı dövrdə qanlı günlər yaşana bilər.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.9.