Şəmkirdə Milli Qəhrəmanın xatirəsi anılıb

 

 

Şəmkirin Kür qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsinə həsr olunan anım tədbiri keçirilmişdir.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin, rayon təhsil sektorunun əməkdaşları, şəhid ailələri, qazilər, Milli Qəhrəmanın döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişlər.

Əvvəlcə mərasim iştirakçıları Azərbaycanın ərazi bütövlüyü suverenliyi uğrunda həlak olan şəhidlərimizin xatirəsini birdəqiqəlik sükutla yad etmişlər. Sonra anım tədbirində çıxış edənlər İsgəndər Aznaurovun həyat döyüş yolu barədə söhbət açmış diqqətə çatdırmışlar ki, İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. 1980-ci illərin sonlarında Fərqanədə milli zəmində baş verən məlum hadisələrdən sonra bir çox ahıska türk ailəsi kimi onların ailəsi Azərbaycana pənah gətirmiş Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşmışdır. 1992-ci ildən Azərbaycan Ordusunda könüllü olaraq zabit kimi xidmət edən İsgəndər Aznaurov Gədəbəy rayonunun Şınıx bölgəsində erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş, Mutludərə, Ər dağı, Ləzgi daşı digər strateji yüksəkliklərdə şəxsi şücaət nümunələri göstərmişdir.

1993-cü ilin baharında şəhid olan İsgəndər Aznaurova Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Onun adının əbədiləşdirilməsi məqsədilə küçə məktəbə adı qoyulub. Vaxtilə döyüşdüyü səngər bu gün "İsgəndər qalası" adlanır.

Sonra Milli Qəhrəmanın qəsəbədə ucaldılmış büstü ziyarət edilmiş, önünə gül dəstələri qoyulmuşdur.

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2024.- 30 aprel, № 87.- S.11.