"Azərbaycan Respublikasının Hökuməti "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Dəyişikliklər edilmiş yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi"nin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Qoyuluş gücü 240 MVt olan külək-elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 fevral tarixli 12 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:  

1. 2024-cü il 29 fevral tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında "Dəyişikliklər edilmiş yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi" təsdiq edilsin.    

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.       

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2024-cü il

 

Azərbaycan.- 2024.- 28 aprel, ¹ 86.- S.2.