Makronun müharibə sayıqlaması...

 

 

Ermənistanı silahlandıraraq savaşa hazırlayan Fransanın əsl niyyəti Cənubi Qafqazı qan gölünə çevirməkdir

 

 

 

"Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir".

Fevralın 28-də Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirdiyi kimi, Fransa Prezidenti Emmanuel Makron ölkəmizə qarşı şər, böhtan səsləndirir bununla da, əslində, Parisin Bakıya qarşı qərəzini açıq şəkildə ortaya qoyur.

Ancaq Azərbaycan suverenliyini, ərazi bütövlüyünü beynəlxalq hüququn normaları çərçivəsində təmin edib ölkəmizin bu məsələlərlə bağlı günahlandırılması cəhdləri absurd olduğu qədər əbəsdir.

 

 

 

Məkrli oyunlar

 

 

 

Azərbaycanın 2023-cü ilin sentyabrında suverenliyini tam təmin edərək Fransanın Qarabağa uzanan separatizm əlini sındırması müstəmləkəçi ölkəni Cənubi Qafqazdan qovması sözün əsl mənasında Makronun yuxularını ərşə çəkib. Fransa Prezidentinin guya Azərbaycanın Ermənistana hücum edəcəyi kimi sərsəm sayıqlamaları isə onun gözüaçıq vayğa gördüyünə dəlalət edir. 

Yoxsa Makronun başına hava gəlməyib ki, Almaniyanın təşəbbüsü ilə fevralın 17-də Münxendə Azərbaycan Ermənistan liderlərinin görüşünün, iki ölkə arasında normallaşmaya nail olunması üçün yaranan münbit şəraitin fonunda müharibədən dəm vursun?

Paşinyanın "böyük bacısı"nın şübhəli sualdoğuran digər davranışları isə, bir əli ilə Ermənistanı silahlandıraraq revanşa hazırlaması, digər tərəfdən həyasızcasına Azərbaycanı savaşla suçlamasıdır...   

Bəli, çox təəssüf ki, hazırda Fransa Prezidenti Makronun timsalında belə təzadlı bir xarakterə sahib şəxsin məkrli oyunları ilə üz-üzəyik...

Amma o da gerçəklikdir ki, islamofob, türkofob Fransa liderinin bu oyunları elə Ermənistanın özünü məhvə sürükləyir.

 

 

Hadisələrin gedişatı Makronu qane etmir

 

 

 

Münxendəki görüşdən dərhal sonra Paşinyanın tələm-tələsik Fransaya Makronla görüşə yollanması da işin içində ayrı mətləblərin olduğunu açıq ortaya qoydu. Nədən ki, Ermənistanın baş nazirinin sözügedən səfəri zamanı verdiyi absurd açıqlamalar sülhdən daha çox müharibədən yana olduğunu göstərdi. Ermənistanın baş naziri "France 24" telekanalına müsahibəsində ölkəmizə qarşı yenidən əsassız iddialar səsləndirərək, guya Azərbaycanın Ermənistana hücuma keçməyə hazırlaşdığını söylədi. Makronun təhriki ilə Paşinyan bu dəfə heç bir əsası olmayan tamamilə iftira böhtanlardan ibarət açıqlamaları ilə sülh danışıqlarına bilə-bilə zərbə vurdu.

Hər kəs xatırlayır, məhz Fransanın təxribatı nəticəsində Azərbaycan İspaniyanın Qranada şəhərində 2023-cü il oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etmişdi.

Məsələ ilə bağlı Prezident İlham Əliyev bildirmişdi ki, Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına müəmmalı qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi beləliklə, özünü prosesdən ayırdı. Çünki tam aydın idi ki, əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız: "Biz rəsmən bəyan etdik, artıq düzgün, yaxud münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə bu məxsusi səbəbə görə mən Qranadaya getmədim".

Bütün bunlar da göstərir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını Paris heç zaman istəməyib hazırda da bu, belədir. Buna görə Fransanın Münxen görüşündən sonra  prosesi pozmağa, aranı qarışdırmağa çalışması təəccüb doğurmadı. Həmçinin Fransa Prezidentinin Münxen görüşündən sonrakı təxribatçı davranışları Makronun Almaniya kansleri Olaf Şoltsun sülh prosesi istiqamətindəki təşəbbüsünü qısqanclıqla qarşıladığına başqa bir nümunə oldu.

 

 

 

Ermənistan məhvə sürüklənir

 

 

 

Makron Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşmasını iddia etməklə, əslində, beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq öz çirkin oyunlarını pərdələmək məqsədi güdür.

Fevralın 21-də Parisdə keçirilən brifinqdə Makronun Paşinyana "Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Fransa Ermənistana müdafiə silahlarının tədarükünə razılıq verib" deməsi isə Parisin ölkəmizə qarşı hərbi təxribatlarını da əyani göstərir.

Ancaq Fransa da yaxşı bilir ki, onun köhnə-külüş texnikaları ilə silahlanmış Ermənistan ordusu dünya orduları sırasında ilk sıralarda qərarlaşan Azərbaycan Ordusunun qarşısına çıxa bilməz. Əgər bu axmaq cürətə düşsə belə "dəmir yumruq" vasitəsilə yenidən külü göyə sovrular.

Buna görə qədər ki, gec deyil, Makronun təhriki ilə müharibəyə iştahlanan Paşinyan Ermənistanın məhvi olacaq savaş variantından əl çəkib özlərinin xilası üçün  sülhə yönəlməlidir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 1 mart, ¹ 47.- S.4.