Fransa Ermənistanı ikinci Ukraynaya çevirmək istəyir

 

 

"Berlin platforması çərçivəsində Azərbaycan Ermənistan arasında görüşlərin keçirilməsi müsbət hadisə olsa da, Paşinyanın Makrondan son dərəcə asılılığı bu danışıqların nəticəsi ilə bağlı nikbin proqnozlar səsləndirməyə imkan vermir. Bu gün Fransa Prezidentinin ölkədaxili uğursuzluqlarını xarici siyasət hesabına kompensasiya etmək istəyi onun ölkəmiz əleyhinə müxtəlif təxribatlara cəhd göstərməsinə səbəb olur. Paris çirkin niyyətlərini reallaşdırmağa çalışsa da, heç bir məqsədinə çata bilmir".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, Fransanın 25-ci prezidenti olan Emmanuel Makron mütəmadi olaraq ermənipərəst mövqeyi ilə gündəmə gəlir: "Makrondan əvvəlki prezidentlərin heç biri birmənalı olaraq diplomatiyadan tamamilə kənar şəkildə Ermənistana dəstək Azərbaycana təzyiq təhdid siyasəti həyata keçirməyib. Bəs görəsən Makronun bu qədər qatı ermənipərəst olmasının motivləri ilə bağlıdır? Ermənilər fransızlar etnik qohum olmadıqlarına görə burada motiv tamamilə başqadır. Amma səbəbin olmasından asılı olmayaraq, o da bəllidir ki, Makron bu gün Fransadakı erməni lobbisinin əlində oyuncağa çevrilib. Makron onu hakimiyyətə gətirən erməni lobbisi diasporunun sifarişlərini icra edir".

Deputatın dediklərinə görə, Parisin Cənubi Qafqaza marağının kəskin artması həm onunla bağlıdır ki, Fransa parlamentində Makronun təmsil etdiyi siyasi partiya əsas güc sahibi deyil bu partiya ölkə qanunlarının qəbulunda çox ciddi problemlərlə üz-üzə qalır. Ona görə Fransa Prezidenti ölkədaxili uğursuzluqlarını xarici siyasət hesabına kompensasiya etmək istəyir. Xüsusilə Cənubi Qafqazda hərbi varlığına nail olmaq istəyir, elə fəallığın əsas səbəbi budur. "Makron Avropanın seçilən ən fəal liderlərindən biri kimi tanınmaq istəyir. Bu yaxınlarda NATO ölkələrinin Ukraynaya hərbi qüvvə göndərməsi ilə bağlı təklifi onun aktiv lider kimi tanınmaq, fərqli ideyaların müəllifi kimi qəbul edilmək istəyindən irəli gəlir. Lakin onun Ukraynaya hərbi yardımla bağlı ideyası elə öz həmkarları tərəfindən süngü ilə qarşılandı", - deyə müsahibimiz söyləyib.

Elman Nəsirov həmçinin deyib ki, Fransa Azərbaycana qarşı təxribatlar törətməklə, Cənubi Qafqaz cəbhəsində fəallıq nümayiş etdirməklə erməni lobbisinin diasporunun diqqət mərkəzində olmaq istəyir. Bu səbəbdən çirkin niyyətli Fransanın regiona gəlişi sülh əmin-amanlığa gətirib çıxarmır. Əksinə, Parisin regionda hansısa formada mövcudluğu yalnız vəziyyəti gərginləşdirə faşizmi gücləndirə bilər.Təsadüfi deyil ki, Fransanın müasir Ermənistanın tarixində ilk dəfədir ki, bu ölkənin müdafiə naziri İrəvana səfərə gedir. Paris Ermənistanı silahlandırmaqda israrlıdır, onlara təkcə zirehli texnikanın deyil, eyni zamanda yaxın, orta uzaqmənzilli raketlərin, hava hücumundan müdafiə sistemlərinin verilməsini planlaşdırır. Həmçinin Fransanın Ermənistanda hərbi müşaviri fəaliyyətə başlayır. Yəni bütün bunlar ondan xəbər verir ki, Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək istəyini reallaşdırmaq üçün addımlar atır. Onu da xüsusi qeyd etmək lazımdır ki, Makronun əsas niyyətlərindən biri Cənubi Qafqazı ikinci Ukraynaya çevirmək, regionda ciddi qarşıdurma yaratmaqdır".

Deputat Fransanın bu cəhdlərini bulanıq suda balıq tutmağa bənzədib. Bildirib ki, Paris qədər cəhd edirsə-etsin, heç bir nəticə əldə etməyəcək. Hazırda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırmaqla uduzur. Sülh Bakıdan çox elə məğlub İrəvana lazımdır.

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 1 mart, № 47.- S.6.