"COP29 Azərbaycanın "yaşıl iqtisadiyyat" hədəfinin məntiqi davamıdır"

 

 

Dünya ekspertləri bu sessiyanın fenomenal tədbir olacağını deyirlər

 

 

 

Bu ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyanın diqqət mərkəzindədir. Bu möhtəşəm tədbirə Bakının evsahibliyi edəcəyi xüsusi maraq doğurur. Tanınmış siyasətçilər ekspertlər, aidiyyəti təşkilatların nümayəndələri sadə insanlar COP29-dan gözləntilərini dilə gətirir, onun yüksək səviyyədə keçəcəyinə inam bəslədiklərini bildirirlər.

"Mən COP29-un Azərbaycanda keçiriləcəyi üçün çox həyəcanlı xoşbəxtəm. Bakı tez-tez, demək olar ki, ildə bir neçə dəfə nəhəng tədbirlərə evsahibliyi edir. Bu səbəbdən Azərbaycanın COP29-a da çox gözəl evsahibliyi edəcəyini düşünürəm". Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bunları deyərkən həm ölkəmizin xalis sıfır emissiya hədəfinə nail olmaq üçün çoxlu işlər gördüyünü qeyd edib.

"Azərbaycan çox gözəl ölkədir. O, həmçinin Şərqdə qadınlara seçmək seçilmək hüququ verən ilk ölkədir. Başqa ölkələrin Azərbaycan haqqında bilmədiyi çoxlu faktlar var. Azərbaycan artıq iqlim dəyişikliyi ilə bağlı nailiyyətlərdə ilk sıralardadır bu sahədə bp ilə sıx əməkdaşlıq edir. COP29-un Azərbaycanda keçirilməsi çox həyəcanvericidir", - deyə Nikolson əlavə edib.

Qeyd edək ki, Britaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Londonda Azərbaycanın evsahibliyi edəcəyi COP29-a hazırlıq haqqında məlumat xarakterli tədbir keçirilib.

Ümumiyyətlə, son günlər müxtəlif ölkələrdə belə tədbirlər təşkil olunur, həmçinin mətbuat sözügedən mövzuya geniş yer ayırır. Məsələn, Meksika yeni bir təşəbbüslə çıxış edib. Bu ölkənin Xarici İşlər Nazirliyi, UNICEF Latın Amerikasının İqlim Reallığı Layihəsi çərçivəsində "Gənc iqlim səfirləri" proqramı həyata keçirilir. Bu unikal əməkdaşlıq qarşıdakı qlobal tədbirdə iştirak etmək üçün Meksikanın 35 gənc nümayəndəsini seçmək məqsədi daşıyır. Layihəyə Meksika Gənclər İnstitutu, Yerli Xalqların Milli İnstitutu Matias Romero İnstitutu daxil olmaqla, müxtəlif qurumlar dəstək verir. Latın Amerikası İqlim Reallığı Layihəsi məsul qurumlar gənclərə iqlim dəyişikliyinin həlli üçün uyğunlaşma, təsirlərin azaldılması tətbiqi alətləri, həmçinin iqlim dəyişikliyi ilə bağlı beynəlxalq danışıqlar üzrə dərin təlimlər keçirəcək.

Proqram gənc nəslə öz gələcəyini formalaşdırmaqda fəal rol oynamaq üçün səlahiyyətlər verilməsinin vacibliyini göstərərək, gənclərin həm sabahın liderləri olduğunu vurğulayır.

"COP29 yaxınlaşdıqca dünyanın gözü Bakıya çevrilir iqlim fəallığında yeni bir səhifə açılır. "Gənc iqlim səfirləri" proqramı vasitəsilə Meksika təkcə nümayəndələr göndərmir, ümid, daxilolma təcili hərəkət mesajı göndərir. Dünya bu gənc səslərin qlobal iqlim gündəminə öz təsirini gözləyir bir daha sübut edir ki, planetimizi xilas etmək üçün hər bir səs önəmlidir". Proqram haqqında məlumatda belə deyilir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) qərargahında isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci 29-cu sessiyalarına həsr olunmuş yüksəksəviyyəli "dəyirmi masa" keçirilib. Agentliyin icraçı direktoru Fatih Birol bildirib ki, bu il Azərbaycan beynəlxalq arenada ön plana çıxacaq bütün dünyanın gözü Bakıya yönələcək. Bu, Azərbaycan üçün, onun enerjisi, geosiyasəti üçün son dərəcə vacib bir toplantı olacaq. O deyib: "Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüşəm, eləcə iqtisadiyyat naziri Mikayıl Cabbarov bugünkü "dəyirmi masa"da iştirak etmiş COP29-un baş danışıqçısı Y.Rəfiyev ilə görüşdüm. Azərbaycanın COP29-a yüksək səviyyədə evsahibliyi edəcəyinə əminik. Beynəlxalq Enerji Agentliyi olaraq Azərbaycana tam dəstək verməyə hazırıq".

Qeyd edək ki, Parisdə IEA-nın qərargahında baş tutan bu tədbir məhz Fatih Birolun təşkilatçılığı ilə keçirilib.

Pakistanlı ekspert, Avrasiya Əsri İnstitutunun direktoru İrfan Şahzad Təkalvi Azərbaycanın COP29-a hazırlığını bu tədbirin uğurla həyata keçirilməsi üçün səylərini yüksək dəyərləndirib: "Azərbaycan COP29-a evsahibliyi etmək hüququnu əldə etməklə dünya ölkələri arasında layiqli yer tutdu. Son illər Azərbaycan bir sıra çoxtərəfli beynəlxalq tədbirləri uğurla təşkil edib ki, bu da ölkənin təşkilati aparatının yüksək səviyyədə olduğunu göstərir. Azərbaycanın əsas faydalı qazıntı istehsalçısı ixracatçısı olmasına baxmayaraq, ölkə qlobal iqlim dəyişikliyinin dünyaya təsirini azaltmaq üçün mühüm praktiki addımlar atır. Təəccüblü deyil ki, Azərbaycana evsahibliyi hüququnun verilməsi beynəlxalq ictimaiyyətin konsensus əsasında qəbul edilmiş qərarıdır. Bakının bu tədbirin təşkilində göstərdiyi səylərə nəzər salsaq, əminliklə deyə bilərik ki, bu, fenomenal uğur olacaq."

İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi baş direktoru, tanınmış siyasi şərhçi jurnalist Reyçel Avraham "Israel National News" nəşrində dərc olunmuş məqaləsində yazır ki, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə aparmağa yönəlmiş çoxsaylı yeniliklərinə baxmayaraq, COP29 konfransının orada deyil, ekoloji istiqamətdə əhəmiyyətli irəliləyişləri ilə fəxr edən neftlə zəngin ölkədə - Azərbaycanda keçirilməsi təsadüfi deyil.

Məqalədə qeyd olunur ki, indiyədək evsahibliyi etdiyi bir çox beynəlxalq tədbirin öhdəsindən layiqincə gələn Azərbaycan "yaşıl enerji" mənbələrinə böyük diqqət yetirir sözügedən siyasət Azərbaycan hökuməti üçün prioritet məsələlərdəndir. Belə ki, Azərbaycan hökumətinin son vaxtlar bərpaolunan enerji mənbələrinin inkişafına əhəmiyyətli sərmayələr qoyduğu göz qabağındadır. Habelə Qarabağda bütün sistemlər yeni standartlara uyğun qurulub.

Müəllif eyni zamanda diqqətə çatdırır ki, Azərbaycan davamlı inkişaf hədəflərini daim diqqətdə saxlayır. Təklif edildiyi vaxtdan Azərbaycan sözügedən hədəfləri müxtəlif perspektivlərdən fəal şəkildə dəstəkləyən təbliğ edən ölkələrdən biridir bu baxımdan COP29 konfransına evsahibliyini ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar.

Politoloq həmçinin COP29-un Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcəyini vurğulayır.

COP29-a həsr olunmuş bütün tədbir məqalələrdə bir daha xatırladılır ki, ilin sonunda Azərbaycan paytaxtı iki həftə ərzində on minlərlə xarici qonaq qəbul edəcək. Bu dəfə iqlim dəyişikliyi ilə bağlı problemlərin həlli yolları Bakıda axtarılıcaq o gün yaxınlaşdıqca dünyanın nəzərləri Azərbaycana daha çox yönəlir.

 

Flora SADIQLI,

Azərbaycan.-2024.- 1 mart, № 47.- S.7.