Azərbaycan iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir

 

Prezident İlham Əliyevin məqsədyönlü uzaqgörən siyasəti nəticəsində Azərbaycan ötən dövr ərzində mühüm nailiyyətlər qazanıb. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Eyni zamanda, dövlətimizin başçısının uğurlu xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə göstərib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması, təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Dünyanın ən böyük mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini beynəlxalq aləmdə böyük etimad qazandığını bütün dünyaya nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı məsuliyyətli üzvü kimi iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Məlumdur ki, dövlətimiz tərəfindən bu istiqamətdə mühüm layihələr həyata keçirilir. O cümlədən Prezident İlham Əliyev işğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzur bölgələrini yaşıl enerjizonası elan edib. Həmin ərazilərdə görülən işlərin qürurverici olduğunu diqqətə çatdıran deputat deyib: “Əlbəttə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu fəaliyyətini görür dəyərləndirir. Biz şahidi olduq ki, Münxen Təhlükəsizlik Konfransında dünya ölkələrinin beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər Azərbaycan Prezidenti ilə görüş üçün müraciətlər edirdilər. Görüşlərdə əsas mövzulardan biri COP29-la bağlı idi. Bu mötəbər tədbirlə əlaqədar ölkəmizə əməkdaşlıq təklif olunur, Azərbaycana inam ifadə edilirdi. Bütün bunlar onu göstərir ki, bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişikliklərinə qarşı səyləri səfərbər etməklə, bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. 2024-cü ilin AzərbaycandaYaşıl dünya naminə həmrəylik ilielan edilməsi bu baxımdan müstəsna əhəmiyyət kəsb edir”.

Təşkilat komitəsinin inklüzivliyinə gəlincə, S.Fətəliyeva qeyd edib ki, iqlim dəyişikliyi ekoloji problemlər öz təsirini hər bir sahəyə göstərir. Ona görə bu məsələlərin bütün sahələrə aidiyyəti var. Məlumdur ki, hökumət səviyyəsində bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunur. Bu baxımdan Təşkilat Komitəsində hökumət üzvlərinin yer alması təbii qanunauyğunluqdur. Təşkilat Komitəsində deputatların da təmsil olunduğunu bildirən komitə sədrinin müavini bunu mütəmadi olaraq ekoloji sahədə qanunvericiliyin tənzimlənməsinə təkmilləşdirilməsinə ehtiyac duyulması ilə izah edib. Onun sözlərinə görə, əsas məqamlardan biri burada vətəndaş cəmiyyətinin təmsil olunmasıdır.

Nəzərə almaq lazımdır ki, ekologiya ətraf mühitlə bağlı problemlərlə məşğul olmaq təkcə hökumətin qanunverici orqanın işi deyil. Bu, hər bir vətəndaşın məsuliyyətidir. Çünki ekologiyanın, ətraf mühitin qorunması bütövlükdə cəmiyyətin hər bir fərdindən asılıdır. Ona görə vətəndaş cəmiyyəti tərəfindən bu istiqmaətdə maarifləndimə işlərinin aparılması olduqca zəruridir”, - deyə deputat vurğulayıb.

 

Azərbaycan.-2024.- 1 mart, ¹ 47.- S.7.