Gənclər milli-mənəvi dəyərlərə sadiq olmalıdırlar

 

 

Ölkəmizdə ən güclü nüfuzlu siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir.

Hazırda cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən üzvlərinin əksəriyyətini gənclərin təşkil etdiyi YAP bu zümrənin ictimai-siyasi proseslərdə aktiv iştirakını təmin etmək üçün çox geniş imkanlar yaratmışdır. Sevindirici haldır ki, gənclərimiz yaradılmış bu imkanlardan bacarıqla istifadə edərək dövlətimizin, dövlətçiliyimizin daha da möhkəmlənməsinə yeni-yeni töhfələr verirlər.

YAP Yasamal rayon təşkilatının gənclər gender bərabərliyi üzrə məsləhətçisi Fuad Həbibzadə ilə söhbətimizi əsasən gənclərlə aparılan işlər onlara göstərilən diqqət qayğı  üzərində qurduq. Söhbətimiz zamanı F.Həbibzadə dedi ki, gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Həmin siyasətə uyğun olaraq YAP Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir. Eyni zamanda Yeni Azərbaycan Partiyası  fəaliyyətində daim gənclərin rəylərini, təkliflərini nəzərə alır onları yüksək qiymətləndirir. Qarşıya qoyulan məqsədlər demokratik idarəçilik prinsipləri əsasında icra olunur.

F.Həbibzadə bildirdi ki, YAP Yasamal rayon təşkilatının gəncləri aktiv fəaliyyətləri ilə həmişə seçilirlər. Ötən il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdi. Bununla əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı çox möhtəşəm yaddaqalan silsilə tədbirlər keçirildi. Rayonda təşkil edilən idman, intellektual başqa yarışlarda YAP Yasamal rayon təşkilatının gəncləri fəal iştirak etdilər uğurlar qazandılar. Keçirilən intellektual yarışlarda əsas məqsəd Ümummilli Lider Heydər Əliyev irsini gənclərə daha dərindən aşılamaq idi. Biz məqsədimizə nail olduq.

Rayonun gəncləri 44 günlük Vətən müharibəsində şəhid olan zabit əsgərlərin ailələrini tez-tez ziyarət etməyi özlərinin mənəvi borcu bilirlər. Onlar şəhidlər haqqında çəkilmiş sənədli filmlərdə, yurdumuzun azadlığı uğrunda canlarından keçən oğullarımıza həsr olunmuş tədbirlərdə sərgilərdə böyük fəallıq göstərirlər.

YAP Yasamal rayon rəhbərliyinin təşkilatçılığı ilə gənclərin ölkəmizin görkəmli ictimai-siyasi xadimləri, yazıçı şairləri ilə tez-tez görüşləri keçirilir. Belə görüşlər yeni nəslin dünyagörüşünün formalaşmasında çox mühüm rol oynayır. Fuad Həbibzadə onu da qeyd etdi ki, gənclərin fəaliyyətləri həm rayon rəhbərliyi, həm YAP Yasamal rayon təşkilatı tərəfindən layiqincə qiymətləndirilir   mükafatlandırılır.

2024-cü ilin yanvar-fevral aylarında gənclərimizin aktivliyini xüsusi olaraq qeyd etmək istəyirik. Onlar ölkəmizin həyatında böyük tarixi əhəmiyyətə malik olan 7 fevral prezident seçkilərində fəallıq göstərdilər. Gənclər ölkəsinin vətəndaşı kimi öz məsuliyyətlərini dərindən anlayaraq həm sosial şəbəkələrdə aktiv fəaliyyətləri ilə seçildilər, həm ərazilərdə sakinlərlə görüşlərdə iştirak etdilər. Prezident seçkilərindən öncə təbliğat-təşviqat prosesində, bununla bağlı keçirilən tədbirlərdə YAP Yasamal rayon təşkilatının fəal gəncləri  potensiallarını nümayiş etdirərək ölkəmizin gələcəyinin onların çiyinlərində olduğunu bir daha əyani surətdə ictimaiyyətə göstərdilər.

Söhbət zamanı müsahibimiz dedi ki, hər il olduğu kimi, 2024-cü ilin fevral ayının 2-də Gənclər Günü ilə əlaqədar təşkil olunan möhtəşəm tədbirdə rayonumuzun  gəncləri fəal iştirak etdilər. Azərbaycan Prezidenti İlham Əliyev biz gənclərin qarşısında çox mühüm vəzifələr qoyur. Dövlətimizin başçısı fevral ayının 14-də Milli Məclisdə andiçmə mərasimindəki tarixi çıxışında demişdir: "Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə bu, bizim cəmiyyətimizin əsasıdır bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti aparılır aparılacaq. Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır biz bu həmrəyliyi görürük. Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz".

İnanırıq ki, əvvəlki illərdə olduğu kimi, 2024-cü ildə ölkəmizin gəncləri fəal olacaq, üzərlərinə düşən tapşırıqları yerinə yetirəcək, nəzərdə tutulan  işlərdə bacarıqlarını nümayiş etdirəcəklər.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 1 mart, № 47.- S.11.