Enerji effektivliyi fondunun yaradılması bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə enerji effektivliyi haqqındaAzərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Enerji effektivliyi fondu (bundan sonra – Fond) yaradılsın.

2. “Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması istifadə Qaydasıtəsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki:

3.1. Fond enerji resurslarından səmərəli istifadə enerji effektivliyi üzrə tədbirlərin stimullaşdırılması təşviqi məqsədilə yaradılır onun vəsaitinin sərəncamçısı Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyidir;

3.2. Fondun vəsaitinin formalaşdırılmasına idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.2-ci bəndinə uyğun olaraq, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan enerji resurslarının satışından Fonda köçürüləcək vəsaitin formalaşdırılması barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2024-cü il

Azərbaycan.-2024.- 2 mart, № 48.- S.4.