Ə.A.Rəsulovun 2-ci dərəcəli "Vətənə xidmətə görə"ordeni ilə təltif edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə Əsgər Adil oğlu Rəsulov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 mart 2024-cü il

Azərbaycan.- 2024.- 3 mart, № 49.- S.2.