YAP və
AK Parti sədrlərinin
müavinləri arasında
görüş keçirilib
Martın 2-də III Antalya Diplomatiya Forumu çərçivəsində
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası
(AK Parti) Sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakaya ilə Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin
müavini – Mərkəzi
Aparatın rəhbəri
Tahir Budaqov arasında görüş
keçirilib.
Antalya Diplomatiya
Forumunun önəmindən
bəhs edən Zafer Sırakaya YAP nümayəndə heyətinin
səfərinin və
Forumda yüksək səviyyədə iştirakının
Azərbaycan-Türkiyə dostluq
və qardaşlıq
münasibətlərinin daha
bir bariz nümunəsi olduğunu söyləyib. 2024-cü il
fevralın 7-də keçirilən
prezident seçkilərində
Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyevin möhtəşəm qələbə
qazanması münasibətilə
təbriklərini çatdıran
Z.Sırakaya bu qalibiyyətin Azərbaycan
dövlətinin və
regionun, eləcə də Türk dünyasının gələcək
taleyi baxımından
böyük önəmə
malik olduğunu qeyd edib.
İki ölkə
arasında əlaqələrin
ən yüksək zirvədə olduğunu diqqətə çatdıran
Z.Sırakaya “Hər zaman iftixarla qeyd edirik ki,
Azərbaycan ilə Türkiyə daim bir-birinin yanındadır.
Bu birlik xalqlarımızın qürur
mənbəyi, dövlətlərimizin
isə milli gücüdür”,-deyə vurğulayıb. Öz ərazi bütovlüyünü və
suverenliyini bərpa edən Azərbaycanın regionda və müasir beynəlxalq münasibətlər sistemində
mövqelərini möhkəmləndirdiyini
qeyd edən Zafer Sırakaya ölkəmizə qarşı
bəzi qərəzli
dairələrin, o cümlədən
AŞPA-nın qeyri-obyektiv
mövqeyinin qəbuledilməz
olduğunu söyləyib.
AK Parti Sədrinin
müavini Azərbaycan-Türkiyə
birliyinin Türk dünyasında rifah və tərəqqiyə xidmət etdiyini, sinxron fəaliyyətin Türk Dövlətləri
Təşkilatının güc
mərkəzinə çevrilməsinə
hədəfləndiyini qeyd
edib.
İki hakim partiya arasındakı əlaqələrin Azərbaycan-Türkiyə
münasibətlərinin çox
önəmli tərkib
hissəsi olduğunu nəzərə çatdıran
Zafer Sırakaya “AK Parti Yeni Azərbaycan
Partiyası ilə işbirliyinə böyük
əhəmiyyət verir.
Qarşılıqlı səfərlərimiz
isə ikitərəfli
münasibətlərimizin inkişafı
baxımından olduqca
vacibdir” ,- deyə bildirib.
O, 2023-cü ilin dekabr
ayında AK Parti nümayəndə heyətinin
Azərbaycana səfərini
məmnunluqla xatırlayaraq
səfər çərçivəsində
məhsuldar görüşlərin
keçirildiyini vurğulayıb.
AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini bildirib ki, YAP ilə AK Parti ortaq hədəflərin reallaşdırılması üçün
ardıcıl fəaliyyət
göstərirlər və
qarşıda duran bütün məqsədləri
gerçəkləşdirmək əzmindədirlər.
Səmimi təbrikə
və yüksək diqqətə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “bir millət, iki dövlət” prinsipinə və dostluğa, qardaşlığa,
strateji müttəfiqliyə
əsaslanan Azərbaycan-Türkiyə
münasibətlərinin əsrlərin
sınağından şərəflə
çıxdığını və dünyada nümunəvi xarakter daşıdığını vurğulayıb. O, dövlət
başçısı İlham
Əliyevin Zəfər
seçkilərindən sonra
ilk rəsmi səfərini məhz Türkiyə Respublikasına
gerçəkləşdirməsinin bu reallığın daha bir bariz
nümunəsi olduğunu
bildirib.
YAP Sədrinin müavini
Azərbaycanın öz
ərazi bütövlüyünü
və suverenliyini bərpa etməsinin, Azərbaycan ilə Türkiyənin birgə təşəbbüsləri nəticəsində
Türk dünyasında
həmrəyliyin güclənməsinin
bəzi dairələri
ciddi narahat etdiyini, ölkələrimizə
qarşı ədalətsiz
və qərəzli mövqe sərgiləndiyini
bildirib. O, belə cəhdlərin istər Azərbaycanın, istərsə
də Türkiyənin
müstəqil və prinsipial siyasətinə təsir göstərə
bilməyəcəyini vurğulayaraq
iki qardaş ölkənin öz inkişaf yolunda inamla irəlilədiklərini
qeyd edib.
Tahir Budaqov söyləyib ki, Azərbaycan-Türkiyə birliyinin
güclənməsində iqtidar
partiyaları arasında
münasibətlərin mühüm
rolu var. 2021-ci il iyunun 2-də iki partiya arasında
imzalanmış Əməkdaşlıq
Protokolundan irəli gələn vəzifələrin
uğurla icra olunduğunu diqqətə
çatdıran YAP Sədrinin
müavini qarşılıqlı
səfərlərin həyata
keçirilməsinin bu
prosesə töhfə
verdiyini söyləyib.
YAP Sədrinin müavini
Antalya Diplomatiya Forumunun mötəbər beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində
olduğunu vurğulayaraq
Forumun bütün iştirakçı tərəflər
üçün faydalı
olacağına və
səmərəli nəticələr
verəcəyinə əminliyini
ifadə edib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər barədə
müzakirələr aparılıb.
Qeyd edək ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın
rəhbəri Tahir Budaqovun başçılıq
etdiyi nümayəndə
heyətinin tərkibinə
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə
dostluq qrupunun üzvü Ramil Həsən və partiyanın Mərkəzi
Aparatının İnformasiya
texnologiyaları və
ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri
Nurlan Qələndərov
daxildir.
Azərbaycan.-2024.-
3 mart, ¹ 49.- S.2.