Xocalıda
kütləvi məzarlıqda
aşkar edilmiş insan qalıqlarının
sayı 13-ə çatıb
Xəbər verildiyi
kimi işğaldan azad edilmiş Xocalı şəhərinin
mərkəzində (keçmiş
xalça fabrikinin yaxınlığında) həyata
keçirilən əsaslı
bərpa-quruculuq işləri
çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə
kütləvi insan qalıqlarının aşkar
olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar
davam etdirilir.
(https://genprosecutor.gov.az/az/post/7350)
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, qeyd olunan ərazidə həyata keçirilən
baxış istintaq hərəkəti nəticəsində
daha 3 nəfərə aid insan qalıqları aşkar olunub və
bununla da, kütləvi məzarlıqda basdırılan insan
qalıqlarının ən azı 13 nəfər şəxsə
məxsus olması, onların müxtəlif üsullarla
işgəncələrə, qeyri-insani rəftara və fiziki
zorakılığa məruz qalmaları, əllərinin kəndirlə
bağlanmaları, o cümlədən fərdi qaydada və mənsub
olduqları dinin tələblərinə uyğun olmayan formada
dəfn olunmaları müəyyən edilib.
Hazırda ərazidə
basdırılmış insan qalıqlarının tam müəyyən
olunması istiqamətində Baş Prokurorluq tərəfindən
Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsi,
Azərbaycan Milli Elmlər Akademiyası və Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin
əməkdaşlarının iştirakı ilə hadisə
yerinə baxış keçirilərək aşkar
edilmiş sümük fraqmentləri ekspertiza və laborator
müayinələrin aparılması məqsədilə
müvafiq qaydada götürülüb, eləcə də digər
zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Ekspertiza və
laborator müayinələrin nəticəsi barədə
ictimaiyyətə əlavə məlumatın verilməsi təmin
ediləcək.
Azərbaycan.-2024.-
3 mart, № 49.- S.3.