Fransanın niyyəti baş tutmayacaq

 

 

Fevralın 17-də Münxendə Bakı İrəvanın liderlər səviyyəsində keçirdiyi görüş Ermənistan-Azərbaycan arasında normallaşmaya nail olunması üçün əhəmiyyətli irəliləyiş kimi dəyərləndirildi. Almaniyanın təşəbbüsü ilə baş tutan bu ikitərəfli görüş bir daha sübut etdi ki, iki ölkə arasında normallaşmaya nail olunması üçün kənar vasitəçilərə ehtiyac yoxdur. 

Çünki Vətən müharibəsinin üzərindən ötən dövrdə izlədik ki, başda Fransa olmaqla, kənar qüvvələrin bu prosesdə "vasitəçi" kimi iştirak cəhdləri əlaqələrin normallaşmasına yox, daha da kəskinləşməsinə xidmət edir. Hər kəs xatırlayır, ötən il məhz Fransa Prezidenti Emmanuel Makronun təxribatı nəticəsində Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina etmişdi.

Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə keçirilən ikitərəfli Münxen görüşündən sonra Makronun siyasi, hərbi təxribatlara əl atması hazırda da Fransa tərəfindən eyni məkrli ssenarinin davam etdirildiyini, Cənubi Qafqazda sülhün əldə olunmaması üçün bütün çirkin yola getdiyini deməyə əsas verir.

Sözügedən görüşdən sonra, iki ölkə arasında normallaşma istiqamətində imkanların yarandığı bir dövrdə Nikol Paşinyanın tələsik Parisə yola düşməsi burada Azərbaycana qarşı böhtanlar səsləndirməsi bunu açıq göstərdi.

Ermənistanı silahlarla təchiz edərək, onu müharibəyə, revanşa qızışdıran Makronun ölkəmizə qarşı şər, böhtan səsləndirməsi, guya Azərbaycanın Ermənistana hücum edəcəyi kimi sərsəm iddialar irəli sürməsi isə bir başqa tragikomik Fransa Prezidentinin həyasızlığını əks etdirən növbəti çirkin oyunlar oldu.

 

 

 

Ermənistan beynəlxalq təşkilatlar üzərindən qurulan məkrli oyunlar

 

 

 

Artıq "Qarabağ münaqişəsi" deyə bir problem yoxdur. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, suverenliyini tam təmin etməsi Qarabağda separatizmin kökünü kəsməsi sayəsində iki ölkə arasında münasibətlərin normallaşmasına da geniş imkanlar açılıb. Amma hadisələrin bu məcraya yönəlməsi müstəmləkəçi Fransanı qətiyyən qane etmir.

Torpaqlarımızın işğal altında olduğu müddətdə   Fransa vasitəçi kimi münaqişənin nizamlanması istiqamətində heç bir addım atmadı, məsələnin Ermənistanın xeyrinə dondurulması üçün dəridən-qabıqdan çıxdı. Çünki münaqişənin həll olunacağı təqdirdə yalan vədlərlə aldatdığı erməni lobbisindən aldığı pullar kəsiləcək, işğal altındakı ərazilərimizdə yeraltı yerüstü sərvətlərimizi talaya bilməyəcəkdi. Lakin Azərbaycanın Vətən müharibəsindəki Zəfəri Parisin məkrli planlarını da alt-üst etdi, suverenliyimizin bərpası isə Fransanın separatizmə dəstəyini birdəfəlik kəsdi.

Baş verən reallıqlar sayəsində Cənubi Qafqazdan qovulan Fransa siyasi iradəsi olmayan Ermənistan üzərindən məkrli qanlı oyunlara başladı.

Bir yandan ölkəmizə qarşı Avropa Parlamenti kimi qərəzli qurumların vasitəsilə qətnamə adı altında "kağız parçaları" qəbul etdirməyə, bir yandan da Ermənistana hərbi dəstək göstərməyə başladı.

Beynəlxalq qanunları ayaqlar altına atan Fransanın Ermənistanın timsalında təcavüzkarı dəstəkləməsi, separatizmə yaşıl işıq yandırması isə İrəvanı müharibəyə qızışdırır. 44 günlük müharibə, eləcə 23 saatlıq antiterror tədbirləri zamanı "dəmir yumruq"la ordusunun başının əzilməsini unudan Ermənistan revanşa iştahlanır. 

Fevral ayında Ermənistan tərəfindən törədilən hərbi təxribat, erməni snayperinin Azərbaycan əsgərini yaralaması da bunu aydın ortaya qoyur. 

Həm elə bu faktın özü göstərir ki, Fransanın təhriki ilə savaşa meyillənməsi Ermənistanın özünə baha başa gəlir. Fevraldakı təxribatdan dərhal sonra ermənilərin layiqli cavabları verildi. Fransanın Ermənistanı silahlandıraraq Azərbaycan qarşısında gücləndirmək cəhdinin uğursuz olduğunu təsdiqlədi.

Bir sözlə, baş verən proseslər Ermənistanın sülhdən başqa çıxış yolu olmadığına dəlalət edir. İrəvan Azərbaycanın beynəlxalq hüququn prinsipləri çərçivəsində irəli sürdüyü şərtləri qəbul etməli Fransanın təhriki ilə özünün sonu olacaq müharibəyə hazırlaşmamalıdır.

Həmçinin iki ölkə arasında normallaşma prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki Fransa kimi qərəzli ölkələr olmayan məsələləri süni şəkildə şişirdib "problem" kimi qələmə vermək istəyirlər.

 

 

 

Berlin görüşü Makronun gözlənilən təxribatı

 

 

 

2024-cü il fevralın 28-29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində danışıqlar aparılıb. Nazirlər onların heyətləri arasında "Sülhün dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu bildirilib.

Bu faktın özü göstərir ki, Azərbaycan ilə Ermənistan arasında normallaşmaya nail olunması üçün kənar vasitəçilərə ehtiyac yoxdur. Əksinə, qərəzli vasitəçilərin prosesə burunlarını soxmaları vəziyyəti müsbət yox, mənfi istiqamətə yönləndirir.

O da mümkündür ki, Makron Münxendə Ermənistan-Azərbaycan liderlərinin görüşündən sonra etdiyi kimi, Bakı İrəvan xarici işlər nazirlərinin Berlindəki sözügedən görüşündən sonra da təxribatlara əl atsın...

Ancaq özünü vasitəçi kimi prosesə pərçimləmək istəyən Fransanın Ermənistana silah-sursat verməsi, bölgəni yenidən münaqişə, müharibə ocağına çevirmək kimi  murdar cəhdləri boşa gedəcək.

Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan milli maraqlarını təhdid edən bütün güclərlə lazımınca mübarizə aparmaq onları yerlərində otuzdurmaq gücündə, qüdrətindədir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.5.