Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir

 

 

Dünyada baş verən iqlim dəyişikliyi hər bir insana, yaxud ölkəyə təsir göstərir. Bu gün bəşəriyyəti narahat edən iqlim dəyişikliyinin fəsadları, əslində, uzunmüddətli proseslər səbəbindən yaranmış problemlərin nəticədir. Belə ki, atmosferdə karbon qazının səviyyəsinin artması uzun illərdir ki, intensiv olaraq insanların neft, qaz, kömür yandırması, həmçinin avtomobillərdən çox istifadə edilməsi ilə bağlıdır. Yaxud 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Ötən il dünyanın ən isti ili kimi qeyd olundu.  Bütün bunlar iqlim dəyişikliyinin sadaladıqca bitməyən fəsadlarının yalnız bir hissəsidir.

Təəssüflə qeyd etməliyik ki, iqlim dəyişikliyinin yaratdığı fəsadlar insanların sağlamlığına böyük zərbə vurur, dünyanın qlobal bəlasına çevrilir. Odur ki, bu barədə düşünmək birgə tədbirlər həyata keçirmək labüddür. Bu istiqamətdə həyata keçirilən ən təqdirəlayiq tədbirlərdən biri Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransıdır (COP).  Belə ki, COP iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq konfranslardan biridir. Bu ilin sonunda Bakı məhz belə bir mühüm, dünya əhəmiyyətli tədbirə evsahibliyi edəcək.

İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasının keçirilməsi üçün ölkəmizin paytaxtının seçilməsi Azərbaycanın bütün dünya üçün dayanıqlı təhlükəsiz gələcəyə töhfəsi olmaqla yanaşı, respublikamızın beynəlxalq nüfuzunu nümayiş etdirməsinə imkan yaradır.

"İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik", - Prezident İlham Əliyev ötən il dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar düzənlənən müşavirədə bildirdi. Dövlət başçısı diqqətə çatdırdı ki, COP29-un tədbiri zamanı 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Azərbaycan iqlim dəyişikliyi kimi bütün dünya üçün əhəmiyyətli olan məsələyə böyük həssalıqla yanaşan ölkələrdən biridir. Prezident İlham Əliyevin 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqından sərəncamında bildirilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Sərəncamda qeyd olunub ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir: "Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır".

Azərbaycan təbii sərvətlərlə zəngindir. Dünyada neft ölkələrindən biri kimi tanınır. Prezident İlham Əliyev martın 1-də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına verdiyi müsahibədə diqqətə çatdırdı ki, qazıntı yanacağı ilə zəngin ölkələr "yaşıl enerji"yə keçiddə ön sıralarda olmalıdır. Dövlətimizin başçısı bildirdi ki, biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik: "Biz hər il bunu Bakıda görürük. Hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq. Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır". Dövlət başçısı qeyd etdi ki, əgər biz enerji əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.6.