COP29 yeni aqroturizm layihələrinə yol açacaq

 

 

Turizm deyəndə gəzməli, görməli yerlərə səyahət yada düşür. Amma indiki zamanda turizm təkcə gəzmək, görmək deyil, həm təbiətlə təmasda olmaq, onu mühafizə etməyin vacibliyini dərk etmək, lazım gələrsə bu yöndə addım atmaq, görmək, maariflənmək maarifləndirmək deməkdir.

Götürək aqroturizmi. Son zamanlar Azərbaycanda  bu səyahət növü  aydın görünəcək  dərəcədə inkişaf etməyə başlayıb. Doğrudur, digər turizm növləri ilə müqayisədə çox da geniş yayılmayıb, amma iddia etmək olar ki, aqroturizmin gələcəyi üçün bu gün Azərbaycanda  münbit şərait mövcuddur. Yeri gəlmişkən məlumat üçün bildirək ki, aqroturizm dedikdə kənd turizminin bir növü kimi turistlərin kənd təsərrüfatına cəlb olunması, eləcə kənd təsərrüfatında iştirakının təmin edilməsi başa düşülür.

 Dünya təcrübəsi göstərir ki, aqroturizmi digər turizm növlərindən fərqləndirən cəhət turist üçün vacib olan bütün ehtiyatların kənddə axtarılmasıdır. Məsələn, Malayziyada  aqroturizm konsepsiyası dövlət səviyyəsində kənd təsərrüfatının inkişafı, kənd təsərrüfatı parklarının yaradılması ilə bərabər həyata keçirilir. Ölkə üzrə belə parkların bir hissəsi fermer birliklərinin tabeliyində fəaliyyət göstərir. Turistlərə plantasiyalarda, cəngəlliklərlə əhatə olunmuş evlərdə, yaxud mehmanxanalarda qalmağı, milli mətbəxlə, kənd məşğuliyyəti, at minmək, qayıqda gəzmək, balıq ovu s. təklif edilir. İtaliyada isə aqroturistlərin fermada həyətyanı sahələrdə ayrıca otaqda, kənd mehmanxanasında, xüsusi kənd evlərində, tarixi binalarda yerləşdirilməsi təcrübəsinə üstünlük verilir. Almaniyada da aqroturizim sosial-mədəni baxımdan çox məsuliyyətli sahə sayılır. Bu ölkədə hesab edirlər ki, kəndin simasının saxlanılmasında, təbiətin, mədəniyyət adət-ənənələrin qorunmasında, kənd iqtisadiyyatının dirçəldilməsində aqroturizm mühüm rol oynayır. Göründüyü kimi, dünyada mükəmməl vahid aqroturizm konsepsiyası yoxdur. Amma fakt odur dünyada aqroturizm sənayesi xeyli vaxtdır ki, sürətlə inkişaf etməkdədir.

Azərbaycanda isə son zamanlara qədər  turizmin bu növü o qədər cəlbedici sayılmırdı. Amma xarici  təcrübədən yararlanan turizm sektoru  ölkədə kifayət qədər  təbiət təsərrüfat resurslarının olduğunu nəzərə alaraq bu sahənin inkişafına meydan açdı. Artıq Azərbaycanda aqroturizm  qeyri-neft sahəsində öz yerini tutub yeni brend olaraq tanınır. Adından da göründüyü kimi, burada iki sahə kəsişir - kənd təsərrüfatı turizm. Məlumdur ki, hər iki sahə Azərbaycan üçün prioritetdir. Onu da qeyd edək ki, bu sahə pandemiyadan sonra aktual oldu. Sərhədlərin bağlı olması əhalinin daxili turizmə tələbatını artırdığından regionlarda  aqroturizmlə  məşğul olanların sayı çoxalmağa başladı. Çoxalmağa başlayan həm bu sahə üzrə həyata keçirilən layihələrin sayı müxtəlifliyi oldu.

Bu günlər  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Paşa Holdinq"in dəstəyi ilə icra olunan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) "Şəhərdən kəndə" layihələri çərçivəsində Kürdəmir rayonunda fermerlər üçün keçirilən təlim məhz aqroturizmə xidmət edirdi. Bu, sıradan bir təlim deyil, aqroturizm  çərçivəsində keçirilən gərəkli bir tədbir idi. "Aqroturizmin əsasları" mövzusunda təşkil olunan  həmin təlimə rayon üzrə 46 fermer qatılmışdı. Təlim aqroturizmin növləri, xidmət sahələrinin təşkil olunması, bazar araşdırmalarının aparılması digər mövzuları əhatə edirdi.

Kürdəmirdə  bu gün aqrar sahədə  fəaliyyət göstərən qadın fermerlər az deyil. Onların iqtisadi  gücünün artırılması məqsədilə  rayonda zaman-zaman bənzər layihələr həyata keçirilib. Həmin layihələr çərçivəsində qadın fermerlərin texniki bacarıqları artırılıb, müvafiq avadanlıqlarla təmin olunmasına dəstək verilib s. Nəticə olaraq qadınların kənd təsərrüfatı məhsullarının istehsalı satışı ilə bağlı praktiki məlumatlara yiyələnməsində əhəmiyyətli  dərəcədə irəliləyiş qeydə alınıb, istehsal göstəriciləri yüksəlib, satış həcmlərinin artırılması təmin edilib. Bu baxımdan haqqında bəhs olunan aqroturizm tədbiri qadın fermerlərə dəstək üçün keçirilmişdi. Tədbir çərçivəsində təsərrüfatlarına baxış keçirilən layihənin tələblərinə cavab verən 9 qadın fermerə arıları  "Varroa"  gənələrindən təmizləmək üçün "Antivarroa" qurğusu verildi. Bu qurğular arı xəstəliklərinin azalmasına fermerlərin daha çox məhsul götürməsinə kömək edir.

AFAQ layihəsi qadınların məşğulluğunun, onların informasiya, resurs bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir. Bu günədək layihə çərçivəsində 286 təsərrüfatın qiymətləndirilməsi aparılmış, 447 fermerə təlimlər keçirilmişdir. Ümumilikdə 213 qadına müvafiq avadanlıqlar verilmiş aktivlərlə dəstək göstərilmişdir.

Ümumiyyətlə, aqroturizm xüsusilə qadınlar üçün önəmlidir. Bu turizm növü qadınlar üçün əlavə qazanc mənbəyidir. Bu zaman həm yerli mətbəx mədəniyyəti kulinariya ənənələri inkişaf edir, əl sənətləri, qonaq qəbuletmə ənənələri inkişaf edir. Bundan başqa, aqroturizm kəndlərin sosial-iqtisadi inkişafına təkan verir, sosial-mədəni xidmət sahələrinin inkişafına yol açır, ətraf mühitin qorunmasına diqqəti artırır, qonaqlar üçün nəzərdə tutulan turizm məhsulları xidmətlərini şaxələndirir.

Bu gün aqroturizm "yaşıl iqtisadiyyat"a da təkan verir. "Yaşıl iqtisadiyyat" isə  ekologiyanın və ətraf mühitin qorunmasında mühüm rol oynayır. Aqroturizm  birbaşa ətraf mühitə bağlı olduğu üçün iqlim dəyişikliklərinin təsirlərinə məruz qala bilir. Həmin dəyişikliklərin fəsadlarını aradan qaldırmağın yollarını arayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrda  Bakıda keçiriləcək. Tədbirin keçirildiyi ərəfədə və sonrakı günlərdə Azərbaycanın  "yaşıl zona"ya çevrilməsində şübhəsiz, aqroturizm də öz sözünü deyəcək.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2024.- 3 mart, ¹ 49.- S.6.