Ermənilər sülhə köklənmək istəyirlər, Avropa qoymur

 

 

Erməni diplomatiyasının demək olduğunu anlamaq üçün təsəvvür edin: keşişi  ulağa tərsinə mindirib sürürsünüz samanlığın qalın yerinə. Qalan şeylər sizlik deyil, saman da, uzunqulaq da hətta keşiş bu samanlıqda qeyb olası deyillər. Əksinə, qarşınıza yeni bənzərsiz erməni lətifəsi kimi çıxacaqlar. Amma yaddaşınıza bircə onu həkk edin ki, samanlıqda uzunqulaqla keşiş arasında yaranası doğmalıq poeziyaya çevrilməyəcək.

Əslində yeni heç yoxdur. Yüz ildir ki, erməni diplomatıyası bu minvalla Qərblə Qafqaz arasında vurnuxur. Məqsədi babat tərəfdaş tapmaq deyil. Ermənilər yaxşı bilir ki, belə birisini tapa bilməyəcəklər. Amma o yerə çatıb ki, onlar da artıq Qərbin "çırtma çalmasından" diksiniblər. Əgər belə olmasaydı, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri  Edmon Marukyan öz vəzifəsindən istefa verməzdi, özü belə kəlmələrlə: "Bizim Paşinyanla baxışlarımızdakı fərqlər fundamental xarıcı məsələlərə baxışlarımızdakı fərqlər mənim bu sahədəki fəaliyyətimi sıfıra endirir".

Vəssalam! Göründüyü kimi, Ermənistanın daxili xarıcı siyasətində atılan bütün addımlar həm daxildə həm xarici əlaqələrdə hamı ilə kəllələşməkdən ibarətdir. Amma ermənilər böyük güclərin hamısı ilə razılaşıb quyruq bulamaqdan da zövq alırlar. Yəni onlar bir gün qərb, ertəsi gün isə şimal havasına  oynayırlar. Ya Ermənistanın xarici siyasətndə məntiq axtar, ya da samanlıqda yonca - fərqi yoxdur, tapmayacaqsan.

Rusiyada yaşayan ermənilərin "çastuşkasayağı" öz havaları olur. Bunun arxasınca fransız erməniləri "parissayağı lambada" gedirlər. Nəhayət ki, Amerika erməniləri dingildəməsələr olmaz. Bunların hamısını bir qazanda qaynadıb ortaya çıxarsanız, sayın ki, ermənilərin xarıcı siyasətinin açarını əlinizə keçirdiniz.

Rusiya elitasına çoxdan sarmaşan ermənilər artıq neçə yüz ildir ki, özlərini bu dövlətin maraqlarının "qoruyucusu" kimi təqdim edirlər. Amma hamı bir nəfər kimi "böyük Ermənstan" yaratmağa can atır. Ona görə ruslar  ermənilərə böyük dost kimi yox, böyük alət kimi daha yararlıdırlar. Qarabağ məsələsini qabardan ermənlər bütün Rusiyanı eninə-uzununa dəfələrlə öz maraqlarına qurban veriblər. Onlar hələ rusların beynini piyləyirlər ki, qardaşdırlar. Amma gəl ki, Rusiyaya hamıdan çox nifrət edən ermənilərdir. Buna baxmayaraq, ermənilər Rusiya mətbuatının azından yarıdan çoxunu ələ keçiriblər, ictimai şüura istədikləri kimi təsir edirlər. Ümumiyyətlə, onlar rol oynamaqda, cildə girməkdə mahirdirlər tərkibində yaşadıqları istənilən ölkənin maraqlarını qoruduqlarına yalan andlar verməyi bacarırlar. Lakin məqsədləri ayrıdır.

Tarixçilər ibrətamiz nümunələr gətirirlər: Bizans imperiyasında hakimiyyətə gələn səlcuqları imperatora satan da, türklərə yol açan da ermənilər olub. Amma bunun ardınca Osmanlı imperiyası zəifləyəndə onları satıb rusların tərəfinə keçən ermənilər idi.

O ki qaldı fransa ermənilərinə, onlar Parislə elə cütləşiblər ki, Makrondan tutmuş İdolqaya qədər hamısı "əzabkeş xalqın" zurnasının havasında dingildəməyi şərəf sayır. Fransa erməniləri bu mənada tam "xoşbəxt"dirlər. Belə ki, bu dövlət ermənilərə görə Azərbaycanla bütün münasıbətlərinin üzərinə kölgə salmaqda davam edir.

ABŞ-dəki erməni lobbisinə gəldikdə isə o, güclü mobildir. ABŞ ermənilərinin iki nəhəng lobbi strukturu mövcuddur bu səbəbdən mövqeləri daim  nəzərə alınır.

Ona görə nəzərə alınmalıdır ki, Ermənistanın xarıcı siyasətinin prioritet istiqamətlərinin təyin edilməsində özündən başqa səxsi maraqları ambisiyaları olan 4 dövlət iştirak edir. Bunun demək olduğunu anlamaq üçün iki xəbəri müqayisə edək. Birinci xəbərdə Ermənistandan parlaçemtinin deputatı Vladimir Vardanyan  Azərbaycanla sülh danışıqlarını dəstəkləyir: "Bu, sonrakı proseslərin inkişafında həddən ziyadə mühüm rol oynayır". Bundan başqa, hakim partiyanın parlament fraksiyasının katibi Artur Ovannisyan da bəyan edib ki, Ermənistan tərəfi prinsiplərin əks edildiyi bütün platformalara hörmət qoyulacağını onlara əməl ediləcəyni bildirib. O da öz növbəsində Azərbaycanla danışıqların bərpa edilməsini vacib sayır.

İndi isə gəlin Avropadan bu məsələyə fərqli bir baxışı nəzərdən keçirək. "Freedom House" belə bir xəbər yayıb ki, Azərbaycan rəhbərliyi Ermənistan Respublikasına tam hücuma keçə bilər! "Sülhü qorumaq missiyası"nı daşıyan bir təşkilatın olmayan yerdən qaşıyıb qan çıxarması, Azərbaycanı hələ baş verməyən müharibədə ittiham etməsi deməkdir? Məgər bu qurum bilmirmi ki, hər iki dövlət sülhə doğru konkret addımlar atırsa bu istiqamətdə müəyyən nəticələrə nail olursa, "Freedom House" nədən yanaqlarını köpdürüb müharibə zurnasını var gücü ilə püləyir?

Öz uydurduğu yalana haqq qazandırmaq üçün "Freedom House" arsızcasına Qafqazda "araşdırma da aparıb" müharibənin real olmasını təsdiq edən "təhlil" təqdim edir. Çox maraqlıdır, bir tərəfdən İrəvanda ermənilər sülhə köklənmək istəyirlər, digər tərəfdən isə, Avropadan "Freedom House" kimi "mötəbər qurum" müharibə ritorikasında bəyanatlar yayır.

İndi gəlin, əyri oturub düz danışaq: əgər ermənilər sülh danışıqlarına can atırsa, niyə Avropadakı bəzi təşkilatlardan müharibə proqnozları gəlir? Faktiki olaraq, əslində, bu sual bir qədər ritorik səslənsə ,  cavab almaq məqsədi güdmür. Amma kimin kim olduğunu üzə çıxarmağa imkan verir.

 

Bahadur  İMANQULİYEV,

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.6.