Azərbaycan-Bolqarıstan əməkdaşlığı təhlükəsizliyə xidmət edir

 

 

Bu gün Azərbaycanın yaxın dostlarına müxtəlif qitələrdə rast gəlmək olar.  Belə dostlardan biri Avropanın "cənub-şərq qapısı" adlandırılan Bolqarıstandır. Sənaye-aqrar ölkə olan Bolqarıstan inkişaf etmiş kənd təsərrüfatına malikdir onun iqtisadiyyatında özəl bölməyə geniş yer verilir.

Qızılgülü özünə rəmz seçən bu ölkə gözoxşayan çimərlikləri, sıx meşələri qeyri-adi dağlıq əraziləri ilə məşhurdur. Buna görə təbiətin qoynunda olmaq istəyənlərin Bolqarıstanda gəzməli-görməli yerləri çoxdur. Füsunkar təbii qoruqlara səyahət, ekoturizm burada çox geniş yayılmış sahələrdir.

Qoca qitənin iqtisadi siyasi həyatında özünəməxsus yer tutan Bolqarıstan inkişaf etmiş kənd təsərrüfatına, iqtisadiyyatı azad bazar prinsipləri əsasında fəaliyyət göstərən, böyük özəl bölməyə kiçik dövlət bölməsinə malik olan sənaye ölkəsidir. Dünya Bankının təsnifatına görə, Bolqarıstan yuxarı orta gəlirli sənayecə inkişaf etmiş ölkədir.

Ökə iqtisadiyyatının əsas bölmələri energetika, dağ-mədən sənayesi, metallurgiya, maşınqayırma, kənd təsərrüfatı turizmdir. Əsas sənaye ixracı məhsulları paltar, dəmir polad, maşın yanacaqdır. Ümumi daxili məhsulun həcmi 90 milyard dollara yaxındır. 2023-cü ilin iyuluna olan məlumata görə, ixracatın həcmi  3.841 milyard dollar, idxalatın həcmi isə 4.261 milyard dollar təşkil etmişdir.

Bolqarıstan Respublikası Azərbaycanın dövlət müstəqilliyini 1992-ci il yanvarın 14-də tanıyıb iki ölkə arasında diplomatik münasibətlər isə 5 iyun 1992-ci ildə qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından fəaliyyət göstərir.

İki ölkə arasında humanitar əlaqələrin tarixi ötən əsrlərə gedib çıxır. XX əsrin əvvəllərində bir çox bolqar ailələri Ukraynadan Azərbaycana köçüblər əsasən gözəl tarixi şəhər olan Gəncədə məskunlaşıblar.

1995-ci ildə Ümummilli Lider Heydər Əliyev Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfər edib. Həmin səfər zamanı iki ölkə arasında dostluq əməkdaşlıq haqqında saziş imzalanıb. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf etməkdədir.

İndiyədək Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələri əhatə edən möhkəm müqavilə-hüquq bazası yaradılıb, investisiyaların qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, nəqliyyat, gömrük, turizm digər sahələrdə 80-dən çox sənəd imzalanıb. Bunun nəticəsində Azərbaycanla Bolqarıstan arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunun məntiqi davamı kimi, hazırda hər iki ölkədə dövlət başçıları arasında imzalanmış "Strateji tərəfdaşlıq haqqında Bəyannamə" fəaliyyət göstərir. Bu amil həyatın müxtəlif sahələrində münasibətlərin yüksələn xətlə inkişafına münbit zəmin yaradır.

Yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi siyasi münasibətlərin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Maraqlıdır ki, Bolqarıstanın dövlət başçıları digər ölkələrlə müqayisədə Azərbaycana daha çox səfər etmişlər. Prezident İlham Əliyevin ən çox səfər etdiyi ölkələrdən biri dost Bolqarıstandır.

Prezident İlham Əliyevin 2023-cü il aprelin 25-də Bolqarıstana  işgüzar səfəri qarşılıqlı əlaqələrin sürətli inkişafına təkan verdi. Azərbaycan Prezidenti bolqarıstanlı həmkarı ilə təkbətək görüşündə iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını bir daha vurğuladı. Həmin gün imzalanan anlaşma memorandumu  hər iki ölkənin təşəbbüslərinin reallaşmasında vacib əhəmiyyətə malikdir.

Ölkə parlamentləri arasındakı əlaqələr strateji tərəfdaşlığın ruhuna uyğun olaraq inkişaf etməkdədir. Hər iki ölkə parlamentində yaradılmış dostluq qrupları əməkdaşlığın inkişafına öz töhfəsini verir. Qeyd etmək yerinə düşər ki, 2023-cü ilin sentyabrında Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə Azərbaycanın Milli Məclisin Sədri Sahibə Qafarova arasında keçirilmiş görüş həmçinin yeni əməkdaşlıq imkanlarının gündəmə gətirilməsi ilə yadda qaldı. 

Həmçinin hazırda Azərbaycan ilə Bolqarıstan çoxtərəfli təsisatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər. Beynəlxalq qurumların kürsülərindən həmişə bir-birinin maraqlarını müdafiə edirlər. Hər iki ölkə BMT onun müxtəlif qurumlarından başqa, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür, hansı ki Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edir.

Hökumətlərarası münasibətlər normal məcrada inkişaf edir. İki ölkə arasında xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan strateji dialoqu fəaliyyət göstərir. Mütəmadi olaraq strateji dialoqun iclasları növbə ilə hər iki ölkədə keçirilir.

İqtisadi əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bolqarıstan Azərbaycanda nəqliyyat logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında, o cümlədən əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bolqarıstan Azərbaycanla birlikdə Avrasiya nəqliyyat dəhlizi layihəsində (TRASECA) fəal iştirak edir. İki dövlət arasında həmçinin regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx münasibətlər mövcuddur. Bu dost ölkə Azərbaycanı Cənubi Qafqazda Qara dəniz regionunda prioritet, strateji etibarlı tərəfdaş hesab edir. Azərbaycan tərəfi Bolqarıstanı Avropa İttifaqındakı strateji tərəfdaşı sayır.

Bu gün enerji sahəsində əməkdaşlıq Azərbaycan-Bolqarıstan münasibətlərinin təməl daşı hesab edilir bu, artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bolqarıstan "Cənub qaz dəhlizi"nin üzvüdür. Məlum olduğu kimi, "Cənub qaz dəhlizi"nin maliyyə tutumu

40 milyard dollara bərabərdir bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri Bolqarıstandır. "Şahdəniz" yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır.

"Cənub qaz dəhlizi"nin Avropa hissəsi olan TAP vasitəsilə hər il Bolqarıstana bir milyard kubmetr həcmində qaz nəql olunur. Bolqarıstan 2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycandan təbii qaz alışını

3 dəfəyə yaxın artırıb. Ötən  ilin yanvar-oktyabr ayları ərzində bu ölkəyə 982.8 milyon m3 həcmində təbii qaz ixrac edilib bu, əvvəlki illə müqayisədə 168 faiz çoxdur. Azərbaycan Bolqarıstana satdığı təbii qaza görə bu ölkədən  363.3 milyon dollar gəlir əldə edib. Azərbaycan tərəfi təbii qazın hər 1000 kubmetrini 2022-ci ilin ilk 10 ayında orta hesabla  648.5 dollara satdığı halda, 2023-cü ilin müvafiq dövründə 369.6 dollara satıb. Bu da qiymətlərin illik 43 faiz daha ucuz olması deməkdir.

İki ölkə arasında ticarət əlaqələri ildən-ilə genişlənir. Ötən il Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsinin həcmi 456 milyon dollardan çox olub. Azərbaycan Bolqarıstana 429 milyon dollarlıq məhsul ixrac edib. Azərbaycanın Bolqarıstandan idxal etdiyi məhsulların dəyəri isə 27 milyon dollar təşkil edib.

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Bolqarıstana 184 milyon 568 min dollar dəyərində məhsul ixrac edilib. Bolqarıstana məhsul ixracı ötən ilin yanvar-sentyabr aylarında 2 dəfədən çox artıb. Hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları əczaçılığın inkişafı üçün müxtəlif layihələr həyata keçirilir.

Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyəti iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir. Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 10-dan çox şirkət fəaliyyət göstərir. Azərbaycan-Bolqarıstan biznes-forumlarının müntəzəm keçirilməsi iqtisadi əməkdaşlığın yeni sahələrinin aşkara çıxarılmasına müsbət təsir göstərir.

Mədəni sahədə əlaqələr hər iki ölkə xalqlarının bir-birilə yaxınlaşmasında böyük rol oynayır. Təsadüfi deyil ki, hər iki ölkə rəhbərliyi tərəfindən mədəni əlaqələrin səviyyəsi yüksək qiymətləndirilir. Təqdirəlayiq haldır ki, iki ölkə şəhərləri arasında qardaşlaşma halları artıq bir ənənə halını almışdır. Şəki-Qabrovo (hər ölkənin yumor paytaxtları), Naxçıvan-Veliko Tırnovo, Sumqayıt-Burqas, Gəncə-Plovdiv. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Veliko Tırnovo şəhəri arasında qardaşlıq əlaqələrinin yaradılması haqqında memorandumun da önəmi böyükdür.

Azərbaycan tərəfi bu dost ölkədə bir sıra mədəni obyektlərin bərpasında öz xeyriyyəçilik missiyasını yerinə yetirmişdir. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko Tırnovo şəhərinin inzibati mərkəzində yerləşən Trapezitsa Memarlıq Muzey-Qoruğu bərpa edilmişdir. Fond həmçinin qoruğun 158 metrlik qərb divarının yenidən qurulmasına, 880 metrlik turist xiyabanının tikintisinə Bolqarıstanda Orta əsrlər dövrünə aid üç kilsənin yenidən qurulmasına maliyyə yardımı göstərib.

Elm təhsil sahəsində əlaqələr ürəkaçandır. Hazırda Bolqarıstanın Azərbaycandakı səfirliyinin köməyi ilə Bakı Slavyan Universitetində yaradılmış Bolqar Dili Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Müasir texniki avadanlıqla təchiz edilmiş mərkəzin nəzdində həmçinin bədii ədəbiyyat, siyasi tarix, iqtisadiyyat bolqar dili üzrə materiallardan ibarət kitabxana fəaliyyət göstərir. Mərkəzin əsas vəzifəsi Azərbaycan Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə elminə marağını artırmaq həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.

Hər iki ölkənin zəngin təbiəti hər iki xalqın qonaqpərvərliyi xarici turistləri cəlb edən mühüm amillərdir. Bu cəhətdən iki ölkə arasında turizm sahəsində əlaqələr inkişaf etməkdədir. Təsadüfi deyil ki, turizm sahəsinin qabaqcıl iştirakçılarını bir araya toplayan ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Turizm Səyahətlər Sərgisi "AITF" ötən il aprelin 4-6-da "Bakı-Ekspo" Mərkəzində keçirildi. Sərginin daimi iştirakçısı olan Bolqarıstan bu tədbirin baş sponsoru oldu. Sərgidə tibbi sağlamlıq turizmi, maarifləndirici turizm, xaricdə daşınmaz əmlak, idman avadanlığı, ovçuluq balıqçılıq, dəniz çay kruizləri, aviaşirkətlər, milli regional turizm orqanları, turizm agentlikləri tur operator kimi müvafiq bölmələr təmsil olundu. Sofiya ilə Bakı arasında birbaşa hava əlaqəsinin bərpası isə Azərbaycanla münasibətlərin genişlənməsinə mühüm töhfə verir.

Böyük əminliklə qeyd edə bilərik ki, qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın Avropada regional geosiyasi geoiqtisadi mövqeyini möhkəmləndirməklə yanaşı, Bolqarıstanın da Cənubi Qafqazda mövqelərini daha da gücləndirəcəkdir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatında mühüm rol oynayır. gün nikbinliklə vurğulaya bilərik ki, qarşılıqlı faydaya əsaslanan Azərbaycan-Bolqarıstan əməkdaşlığı Avropanın digər ölkələri üçün nümunə ola bilər.

 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.8.