Dövlətimiz yaradıcı insanlara böyük diqqət göstərir

 

 

Onlar dəyərli əsərləri ilə dünya ədəbiyyatına əvəzsiz töhfələr verirlər

 

 

 

Mart ayının 3-də dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da Ümumdünya Yazıçılar Günü kimi qeyd olunur. Həmin gün Yer üzünün harasında olursa-olsun, yaradıcı insanlar peşə bayramlarının sevincini yaşayırlar. Belə günlərdə ədəbiyyat tarixini dəyərli  əsərləri ilə zənginləşdirən yazıçılar hörmətlə xatırlanır.

Peşə bayramlarının tarixini öyrənmək həmişə oxucularda böyük maraq doğurur. Bunu nəzərə alıb qısa da olsa, Ümumdünya Yazıçılar Gününün tarixinə nəzər salmaq istəyirik. Yüz ildən çox yaşı olan bu peşə bayramı 1921-ci ildən PEN-klub  tərəfindən (bu ad ingiliscə üç sözün-poets (şair), essayists (oçerkçi) nvelists (novella, roman müəllifi) - ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb. PEN-klubunun ilk beynəlxalq konqresi 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN-klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub.

Həmin tədbirin iştirakçıları mart ayının 3-nü "Yazıçının Ümumdünya Sülh Günü" elan edilməsi barədə qərar qəbul edirlər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN-klub mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu tədbir sadəcə "Yazıçı Günü" adlanır bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bu bayram "Dördüncü hakimiyyət"in - demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup şəxsi maraqlar naminə gerçəyin qərəzli şəkildə yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.

Qeyd edək ki, PEN-klub Azərbaycanda da yaradılıb. Üzvləri kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011-ci ildə yaradılıb prezidenti postuna tanınmış yazıçı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN-klubların məqsəd vəzifələri respublikamızda uğurla həyata keçirilir. Ölkəmizdə PEN-klubun məqsədlərindən biri Azərbaycan ədəbiyyatını yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Tanıtmaq isə təbiidir ki, ilk növbədə tərcümə vasitəsilə mümkündür.

Yaradıcı insanlar Ümumdünya Yazıçılar Gününün keçirilməsini müsbət qarşılayırlar. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən PEN-klublar sıralarında yüzlərlə yazıçını birləşdirir. Yeri gəlmişkən, onu da bildirək ki, bəzi ölkələrdə heç yazıçılar birliyi yoxdur. Əslində, yazıçılıq sovet dövründə ideoloji bir peşə idi. Əgər belə demək mümkünsə, o dövrün rəhbərliyi yazıçılara ideoloji cəbhənin nümayəndəsi kimi baxırdı. Yazıçıların əksəriyyəti o vaxtlar ideologiyaya  xidmət edən əsgərləri xatırladırdı.

Ölkəmizdə sıralarında 2000 çox yaradıcı insanı birləşdirən Azərbaycan Yazıçılar Birliyi fəaliyyət göstərir. Yazıçılar Birliyi 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan Yazıçılarının I Qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin məclislərin tərkibində fəaliyyət göstərmişlər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə "Türk ədib şairlər ittifaqı dərnəyi" təsis etdiklərini bildirmişdilər. Həmin ədəbi birlik "İldırım" adlanırdı. "Qızıl qələmlər" ədəbi cəmiyyəti təxminən bu dövrlərdə formalaşmış ətrafına gənc ədibləri yığmışdı. Bu cəmiyyət əsaslı ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradılmış dövrünün ədəbi dərnəklərini öz ətrafında birləşdirmişdi. "Qızıl qələmlər" cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirlər həyata keçirirdi. Belə tədbirlər isə yazıçıları bir təşkilat kimi ətrafına toplayır, onların yaradıcılığına müsbət təsir göstərirdi.

1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci ikinci qurultayı çağırıldı.

1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra postsovet ölkələrindəki yaradıcı təşkilatları gözdən salmaq üçün onların üzərinə qərəzli haqsız hücumlar təşkil edildi. Həmin dövrdə cəmiyyətin aparıcı qüvvəsi olan yazıçı şairlər, həmçinin üzv olduqları yaradıcı təşkilatlar dövrlərinin ən çətin günlərini yaşadı. Yaradıcılıqdan, yazıçılıqdan uzaq olanlar Yazıçılar Birliyinin ləğv olunmasını tələb edirdilər.  Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Yazıçılar Birliynin, həmçinin bütün yaradıcı təşklilatların qorunub saxlanmasına fəaliyyət göstərməsinə nail oldu. Bu gün dövlətimiz yazıçılara böyük diqqət qayğı göstərir. Onların sosial məişət problemlərinin həll olunması istiqamətində çox mühüm addımlar atır.

Azərbaycanın yazıçı şairləri Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Qətran Təbrizi, İmadəddin Nəsimi, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid , Səməd Vurğun, Abdulla Şaiq, Süleyman Rüstəm, Mkayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Anar, Elçin, Mövlud Süleymanlı, İsmayıl Şıxlı yüzlərlə başqaları zaman-zaman dəyərli əsərləri ilə dünya ədəbiyyatına əvəzsiz töhfələr vermişlər.

Bu günlər Zəfər tariximizi yazan Azərbaycan yazıçıları hər il Ümumdünya Yazıçılar Gününü böyük sevinc uğurlarla qeyd edirlər. Həmişəki kimi, yazıçılarımız bu il həmin gün yeni əsərləri ilə həm oxucularını sevindirəcək, həm ədəbiyyat tariximizi daha da zənginləşdirəcəklər.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 3 mart, № 49.- S.10.