Laşa Darsaliya: Gürcüstan sülh dialoqu üçün öz platformasını təklif edir

 

Tbilisi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişaf etdirilməsində maraqlıdır və danışıqlar üçün öz platformasını təklif edir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda deyib. Onun sözlərinə görə, Tbilisi üçün regionda sülh vacibdir. O ümid edir ki, İrəvan Bakı razılığa gələcək bundan hər iki tərəf faydalanacaq.

Darsaliya qeyd edib ki, Gürcüstan Ermənistan Azərbaycan arasında ikitərəfli danışıqlarda mövcud olan müəyyən çətinlikləri görür, başa düşür nəzərə alır. Bu məqsədlə Tbilisi əvvəllər dinc qonşuluq təşəbbüsü ilə çıxış edib danışıqlar aparılması baxımından hər iki ölkəyə dəstək təklif edib.

Biz - Cənubi Qafqazın üç ölkəsi arenamıza kənar oyunçuları buraxmaq əvəzinə, əməkdaşlığı davam etdirməliyik”, - deyən Darsaliya vurğulayıb ki, regionda sülhə alternativ yoxdur, bu səbəbdən Tbilisi danışıqları Cənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir.

Gürcüstan xarici işlər nazirinin müavini, həmçinin xatırladıb ki, Tbilisi Ankara Bakı ilə ənənəvi strateji əlaqələrin inkişafında maraqlıdır: “Bir neçə ay əvvəl biz Ermənistanla münasibətlərimizi yenilədik, onları strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. İnanırıq ki, bu, regionda əməkdaşlıq prosesinə böyük töhfə verəcək”.

Nazir müavini regionda həyata keçirilən kommunikasiya layihələrinə toxunub, regionun imkanlarını, eləcə Orta Dəhlizin inkişaf perspektivlərini diqqətə çatdırıb.

Xatırladaq ki, Gürcüstan İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi üçün dəfələrlə platforma təklif edib. Xüsusən Tbilisi qonşuluğun sülh təşəbbüsü üçün platforma yaratmaq ideyası ilə çıxış edib ki, bu platforma çərçivəsində üç ölkə arasında mədəni, iqtisadi digər xarakterli məsələləri həll etmək mümkün olacaq.

 

Azərbaycan.-2024.- 5 mart, № 50.- S.2.