Avstriyalı
parlamentarilər Azərbaycanla
Ermənistan arasında
sülh prosesinin perspektivləri barədə
məlumatlandırılıb
Milli Məclisin
sədri Sahibə Qafarova martın 4-də ölkəmizdə səfərdə
olan Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnixin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə
Qafarova Azərbaycan və Avstriyanın dost, tərəfdaş
ölkələr olduğunu, yüksək səviyyəli
qarşılıqlı səfərlərin və davamlı
siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha
da inkişafı üçün mühüm əhəmiyyət
kəsb etdiyini söyləyib.
O, ikitərəfli
əlaqələrin inkişafında qanunverici orqanlar
arasında münasibətlərin önəmini diqqətə
çatdırıb.
Söhbət
zamanı parlamentlərdə fəaliyyət göstərən
dostluq qrupları arasında təmasların intensivləşdirilməsi,
qanunverici orqanların komitələri arasında əməkdaşlıq
imkanları da nəzərdən keçirilib.
Görüşdə
bəzi beynəlxalq təşkilatlarda Azərbaycana
qarşı ikili standartların olduğunu qeyd edən Milli Məclisin
sədri Azərbaycanın 2020-ci ildə torpaqlarını
öz gücü ilə azad etdiyini bildirib.
Milli Məclisin
sədri Azərbaycanın ikili standartlarla üzləşdiyini,
bir sıra təşkilatlarda islamofobiya və azərbaycanofobiyanın
hökm sürdüyünü deyib. O, eyni zamanda,
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin
etimadnaməsini təsdiqləməməsini tənqid edib, bu
addımın ikili standartların daha bir nümunəsi
olduğunu söyləyib.
Sahibə
Qafarova qonaqlara, həmçinin hazırda regionda mövcud vəziyyət,
Azərbaycanla Ermənistan arasında sülh prosesinin
perspektivləri barədə məlumat verib.
Avstriya-Cənubi
Qafqaz dostluq qrupunun rəhbəri Andreas Minnix ölkəmizə
səfərlərinin məqsədi, səfər çərçivəsində
keçirilən görüşlər haqqında
danışıb. Bu görüşlərin parlamentlər
arasında əlaqələrin inkişafında mühüm
rol oynadığını diqqətə çatdırıb.
Qonaq Azərbaycanın
COP29-a ev sahibliyi etmək üçün seçilməsi
münasibətilə təbriklərini çatdırıb,
ölkələrimiz arasında bir sıra sahələrdə
əməkdaşlığın daha da inkişaf etdirilməsi
ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2024.-
5 mart, № 50.- S.3.