Avropaya marionet rejimlər lazımdır

 

 

Azərbaycanın tam müstəqil siyasət yürütməsi Qərbin bəzi dairələrini narahat edir

 

 

 

"Avropa Parlamentinin qərəzli mövqeyi, sözsüz ki, Avropadakı anti-Azərbaycan meyillərinin olmasının göstəricisidir. Bunun səbəbləri aydındır".

Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu "Azərbaycan" qəzetinə açıqlamasında deyib. Deputat bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda münaqişə vəziyyətini aradan qaldırmaqla Qərbin regiondakı maraqlarına çox ciddi zərbə vurub. Çünki onlar bu regionda münaqişə amilindən istifadə edərək öz təsir imkanlarını saxlamaq istəyirdilər. Azərbaycan buna imkan vermədi Cənubi Qafqazda sülh gündəliyini öz iradəsi, gücü ilə irəli aparmaqdadır. Bu isə Qərbin maraqlarına cavab vermir. Ona görə bu gündəliyin qarşısını almaq üçün köhnə qitənin bəzi dairələri əllərindən gələni edir.

Deputat qeyd edib ki, Qərb platformalarında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində vasitəçilik etmək cəhdləri, əslində, sülh gündəliyinin dayandırılmasına xidmət edir. Sadəcə olaraq, onlar bu cür strategiyanı seçiblər. Vaxtilə başladılmış prosesi Avropa platformaları dayandırmağa müvəffəq oldu. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi. Bu ölkə  2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatdan ondan sonrakı sənəddən irəli gələn şərtləri kənara qoydu. "Artıq deyə bilərik ki, Ermənistanı bu şərtləri yerinə yetirməkdən qoruyan həm Avropa oldu. Avropa öz platforması üzərindən bu istiqamətdə müzakirələr başlatdı, mahiyyət etibarilə regionda sülhü təhlükəsizliyi təmin edəcək heç bir nəticə hasil olmadı. Əksinə, Avropa Ermənistan ərazisinə öz missiyasını göndərdi. Göründüyü kimi, Avropa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini özünün geosiyasi maraqları üçün istifadə etməkdədir", - deyə o əlavə edib.

Azərbaycanın müstəqil siyasətinin Qərbi narahat etdiyini vurğulayan E.Mirbəşiroğlu bildirib ki, Avropaya marionet rejimlər lazımdır. Belə rejim Ermənistanda mövcud olduğuna görə Avropa İttifaqı ona hər cür dəstək verdiyini nümayiş etdirir. Hətta Avropa İttifaqının Ermənistandakı səfiri bildirir ki, Ermənistanladəyərləri üst-üstə düşür. Ona görə Ermənistan artıq Avropa İttifaqı ailəsinə aid hesab oluna bilər. Çünki Ermənistan bir alətdir Qərb ondan istifadə edir. Sual oluna bilər ki, Avropa İttifaqının hansı dəyərləri Ermənistan dəyərləri ilə üst-üstə düşür?

Deputat qeyd edib ki, bu sualın cavabı aydındır: "Ermənistanın işğalçılıq, təcavüzkarlıq, terrorçu təfəkkürü ilə Avropa İttifaqının baxışları oxşarlıq təşkil edir. Bunu da gizlətmədən söyləyirlər. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Berlində olmayan "Artsaxın mədəni irsi" adlı kitabın təqdimatı keçiriləcək. Hesab edirəm ki, bu, Avropanın anti-Azərbaycan mövqeyinin davamı kimi qiymətləndirilməlidir. Çünki kitabın təqdimatını həyata keçirən Almaniya xarici siyasət birliyi Corc Soros Fondunun Açıq Cəmiyyət İnstitutu tərəfindən maliyyələşdirilir digər təşkilat da Adenaur fondudur".

E.Mirbəşiroğlu bildirib ki, bəzi platformalarda birtərəfli qaydada müzakirələrin aparılması, qərəzli mövqelərin sərgilənməsi Avropanın ölkəmizə qarşı məkrli siyasətinin davamıdır. Bunu heç bir halda yalnız tədbiri təşkil edən təşkilatların mövqeyi kimi qəbul etmək doğru olmaz. Çünki Ermənistandakı rejim Soros Fondu tərəfindən yaradılıb. Bu o deməkdir ki, bu, mütəşəkkil anti-Azərbaycan hərəkatıdır Avropa Ermənistandan geosiyasi mübarizəsinin ruporu kimi istifadə etmək müqabilində onu dəstəkləməkdədir. Bu da bütövlükdə region üçün çox ciddi təhlükələrdən xəbər verir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 6 mart, № 51.- S.6.