Avropa Parlamentinin qərəzli qərarlarının hüquqi əsası yoxdur

 

 

Azərbaycanın otuz ilə yaxın işğal altında qalmış torpaqlarını 2020-ci ildə 44 günlük Vətən müharibəsində azad etməsi, ötən ilin sentyabrında ərazilərində separatizmin kökünü kəsməsi erməni lobbisinin çaldığı havaya oynayan bəzi Qərb ölkələrinin təsisatlarının qanını necə qaraldıbsa, həmişə dəm vurduqları demokratiyadan, ədalətdən üz döndərdiklərini açıq-aşkar nümayiş etdirirlər.

Avropa Parlamentinin "Ümumi təhlükəsizlik müdafiə siyasətinin həyata keçirilməsi" ilə bağlı illik hesabatında əks olunan qərəz, iftira yalanlar eyni münasibətin təzahürüdür. Qurumun Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan hesabat həm beynəlxalq hüquq ədalətə tamamilə ziddir.

Qarabağda Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərini hələ həmin bölgəni tərk etməmiş Ermənistan silahlı qüvvələrinin hissələrinin separatçıların hərbi təxribatlarının, terror əməllərinin davamlı hal alması fonunda həyata keçirdi. Bütün dünya gördü ki, Azərbaycan öz ərazilərində Ermənistanın silahlı qüvvələrinin tör-töküntülərinin, terrorçuların, separatçıların cinayətkarlığına son qoydu. Antiterror tədbirləri elə dəqiqliklə hazırlanıb, peşəkarlıqla həyata keçirildi ki, bir nəfər olsun dinc sakinə nəinki zərər verilmədi, hətta onların qida geyim ehtiyacları da təmin edildi.

Azərbaycan Qarabağın erməni sakinlərinin reinteqrasiya planını bundan əvvəl açıqlamışdı. Prezident İlham Əliyev dəfələrlə bildirmişdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. 2023-cü il sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində bildirmişdi: "İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır Qarabağda yaşayan erməni əhalisi , nəhayət, rahat nəfəs ala bilər".

Dövlət başçısı bildirdi ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın Qarabağın dırnaqarası "rəhbərləri" o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz yoxdur".

Sülhsevər Azərbaycan dövləti, rəşadətli ordumuz növbəti dəfə tarixi qələbə qazandı. Bölgədə antiterror tədbirlərinin uğurla həyata keçirilməsi nəticəsində sülhün, sabitliyin bərqərar edilməsi rahat yaşamaq istəyən hər bir dinc sakini yalnız sevindirməli idi. Belə bir tarixi məqamda erməni sakinlərin Qarabağı könüllü şəkildə tərk etmələri bütün dünyanın gözü qarşısında baş verdi. Qərbin bu faktları bilə-bilə, görə-görə öz suveren ərazisində antiterror tədbirləri aparan Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham etməsi heç bir sağlam məntiqə sığmır. Əslində, əsassız, yalan ittiham irəli sürən avropalı siyasətçilər özləri bu həqiqətləri çox yaxşı bilirlər.

Avropa Parlamentinin illər keçdikcə daha çox erməni maraqlarına xidmət etməsində parlamentdəki bəzi rüşvətxor deputatların erməni lobbisinə maliyyə mənbəyi kimi baxmaları, onların daha çox xoşuna gəlmək üçün canfəşanlıq göstərmələri böyük rol oynayıb.

Sözügedən qərəzli hesabatı qətiyyətlə pisləyən Azərbaycan Xarici İşlər Nazirliyindən bildirildiyi kimi, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır: "Bəyanatlarında ərazi bütövlüyü suverenliyə hörməti aşılayan, Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi ərazilərimizdə separatçılığın Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir".

Başda Fransa olmaqla ermənipərəst Qərb dövlətlərinin, eləcə müəyyən qrupların əlində oyuncağa çevrilmiş Avropa Parlamentində son vaxtlar ölkəmizin əleyhinə təbliğatlar aparılması faktları danmaq, həqiqəti görməzlikdən gəlməkdir. Ancaq Azərbaycanda guya insan hüquqlarının pozulması bəhanəsi ilə gündəliyə məqsədyönlü şəkildə uydurma məsələlər çıxarmağa çalışan qruplar dövlətlər qərəzləri, fitnəkarlıqları ilə Avropa Parlamentini nüfuzdan salmaqdan başqa heç nəyə nail ola bilməyəcəklər.

Avropa Parlamenti neçə illərdir ki, ölkəmizə qarşı qərəzli qərar qətnamələr qəbul edir. Lakin fakta əsaslanmayan, rəqəm ortaya qoymayan, ədalətə, beynəlxalq hüquq prinsiplərə deyil, ikili standartlara üstünlük verilərək ermənipərəst qüvvələrin təşəbbüsü ilə qəbul olunan qətnamə qərarların heç bir hüquqi qiyməti yoxdur.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 6 mart, № 51.- S.6.