Yeni nəsil xalqımızı yüksək nailiyyətləri ilə sevindirəcək

 

 

Yüksək fiziki hazırlıqlı, sağlam düşüncəli yeni nəslin formalaşdırılmasını daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında yaxından iştirakının təmin olunmasını vacib məsələ hesab edərək demişdir: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".

Göründüyü kimi, Ulu Öndər ilk növbədə gənclərin vətənpərvər ruhda tərbiyə olunmasını mühüm vəzifə hesab edirdi. Çünki vətənpərvər ruhda böyüyən gənclərimiz xalqımızı yeni zəfərləri ilə sevindirəcəkdi. Ölkə gənclərinə dövlətin diqqət qayğısının daha da artırılması məqsədilə  1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1997-ci ildə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. 1999-cu ildə isə Ümummilli Lider "Dövlət gənclər siyasəti haqqında" fərman imzaladı. Beləcə, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırıldı. Görülən bütün bu mühüm işlərə, atılan uğurlu addımlara əsaslanıb deyə bilərik ki, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti nəticəsində gənclərimiz cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Əminliklə demək olar ki, gənc nəslin cəmiyyətdə gedən quruculuq proseslərində iştirakının yüksək səviyyədə təmin olunması istiqamətində reallaşdırılan bütün tədbirlər Azərbaycan gəncliyini daha da böyük uğurlara qovuşduracaq. Buna görə gənclərimiz həyata keçirilən bütün islahatlarda böyük həvəslə iştirak edirlər.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması bu gün cəmiyyətimizin qarşısında dayanan mühüm vəzifələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2024-cü ildə Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı bu vacib sahəyə toxunaraq demişdir: "...Əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın burada, əlbəttə ki, ilk növbədə ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir belə müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlərboyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir bunu sarsılmaz etmək bizim əlimizdədir".

Daim dövlətimizin diqqət qayğısı ilə əhatə olunan ölkə gənclərinin vətənpərvərliyini, vətəninə dövlətinə sıx surətlə bağlılığını, qəhrəmanlığını İkinci Qarabağ müharibəsində xalqımız aydın şəkildə gördü. 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan 44 gün davam edən Vətən müharibəsində gənclərimiz Müzəffər Ali Baş Komandanın əmri ilə döyüşlərdə böyük igidlik qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdilər, cəsarətləri ilə düşməni diz çökdürdülər. Qazandıqları zəfərləri ilə 30 illik həsrətə son qoydular. Xalqımız gənclərimizin 44 gün davam edən Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, igidliyi heç vaxt yaddan çıxarmayacaq.

Gənclərin 44 günlük Vətən müharibəsində göstərdiyi hünər rəşadətdən söz açan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı Azərbaycan tarixi ədaləti bərpa etdi".

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Gənclərin mənəvi fiziki inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait imkan bu sahəyə dövlətin böyük diqqətinin müsbət göstəricisidir. Gənclər hər bir ölkənin gələcəyidir. Dövlətimiz gənclərə daim qayğı göstərir, onlara öz potensiallarından səmərəli istifadə etmələri üçün yüksək səviyyədə şərait yaradır. Gənclərin inkişafı üçün yaradılmış əlverişli şərait sabahkı uğurlarımızdan xəbər verir. Gənclərimiz yaradılmış bu şəraitdən istifadə edərək ictimai həyatımızın müxtəlif sahələrində böyük uğurlar qazanırlar. İnanırıq ki, əvvəlki illər kimi, 2024-cü il gənclərimiz üçün kifayət qədər məhsuldar uğurlu olacaq.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.-  6 mart, № 51.- S.11.