Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

 

 

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilənMədəni irsin qorunmasında qanunvericiliyin rolu qabaqcıl təcrübələrmövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyətinə dair müzakirələr aparılıb. Milli Məclisin sədri bu cür forumların mədəni irsin qorunmasında, mədəniyyətlərarası dialoqun güclənməsində, ikitərəfli çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə edilməsində mühüm rol oynadığını qeyd edib, İtaliyanın Avropada ən zəngin mədəniyyətə malik ölkələrdən biri Azərbaycana dost ölkə olduğunu söyləyib.

Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq bildirilərək, qeyd edilib ki, bu gün Azərbaycan İtaliya iki yaxın dost strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə çatmasında ali səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər, aparılan danışıqlar əhəmiyyətli rol oynayıb. Söhbət zamanı, münasibətlərimizin inkişafında parlamentlərin vacib rolu diqqətə çatdırılıb. Son illərdə Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yarandığı qeyd edilib.

İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu ifadə edib.

Qonaq müasir Azərbaycanın inkişafı qazandığı uğurlar, parlamentlərarası dostluq qruplarının fəaliyyəti, COP29 kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2024.- 3 may, № 90.- S.3.