"Bakı Prosesi" mədəniyyətlərarası dialoqun vacib platformasıdır

 

 

"Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi, həmrəyliyin möhkəmləndirilməsi parçalanmaya qarşı müqavimət mövzusunda təşkil olunan "Sülh qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm əhəmiyyətə malikdir. Bu mötəbər tədbirə evsahibliyi etmək dövlətimiz üçün olduqca əhəmiyyətlidir. Forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı isə çoxşaxəli dərinməzmunludur".

Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, forum mədəniyyətlərin inkişafına mühüm töhfə verir: "Üç gün davam edəcək forum çərçivəsində 4 plenar sessiyanın 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulub. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya digər sahələri əhatə edir. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili nəzərdə tutulmuşdu. Tədbir çərçivəsində Ağdamda Şuşada xüsusi panel sessiyalar keçirilib".

Deputatın sözlərinə görə, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciəti üçün bir platforma yaratmaq fürsətidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə təşkil olunub.

"Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin qurumların sayı xeyli artıb. Bu günə kimi forumlara ümumilikdə 10 mindən çox iştirakçı - hökumət rəsmiləri, beynəlxalq təşkilat müxtəlif institutlardan rəhbər nümayəndələr qatılıblar. Eyni zamanda forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı miqyaslı tədbirlər, plenar panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib", - deyə müsahibimiz əlavə edib.

Müşfiq Cəfərov onu da qeyd edib ki, Prezident İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı beynəlxalq siyasətdə özünü demokratiya carçısı kimi təqdim edənlərə dərs oldu: "Uzun illər ikilli standartlardan, riyakar qlobal siyasətdən əziyyət çəkən xalqların mübarizəsindən bəhs edən dövlətimizin başçısının forumdakı çıxışı unudulan insan haqlarının beynəlxalq dəyərlərin bəyənnaməsi oldu".

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2024.- 3 may, № 90.- S.8.