Birbaşa dialoq yaxşı nəticə verir

 

 

Demarkasiya prosesi sülh üçün ciddi zəmin yaradır

 

 

 

"Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya demarkasiyası prosesinə başlanması sülh yolunda mühüm addımdır. Hazırda sərhədlərin müəyyənləşdirilməsi prosesinin davam etməsi tərəflər arasında digər məsələlərin razılaşmasına təkan verə bilər".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin Beynəlxalq münasibətlər parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, bu proses bütövlükdə Cənubi Qafqaz regionunda sülh sabitliyin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistan müxtəlif bəhanələrlə sərhədlərin delimitasiyası prosesinə başlanılmasını, o cümlədən Qazaxın işğal altında olan kəndlərinin geri qaytarılmasını uzadırdı. Rəsmi İrəvan nəhayət, anladı ki, bu məsələlər barədə razılığa gəlməkdən başqa şansları yoxdur, xarici havadarlarına güvənməklə onlar heç nəyə nail ola bilməyəcəklər. Çünki ərazilərini öz gücünə işğaldan azad suverenliyini bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Bu səbəbdən Ermənistan sərhədlərin müəyyənləşdirilməsi ilə razılığa gəlməyə məcbur oldu. Bütün hallarda prosesin dinc yolla həyata keçirilməsi sülh üçün ciddi zəmin yaradır.

S.Fətəliyevanın sözlərinə görə, Qazax rayonunun Ermənistanın işğalı altında dörd kəndinin dinc yolla, qan tökülmədən geri qaytarılması növbəti zəfərimizdir. "Artıq Qazax istiqamətində Ermənistanla sərhədin müəyyən hissəsi tam dəqiqləşdirilib hazırda proses davam edir. Nəzərə almaq lazımdır ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Növbəti mərhələlərdə görüləcək işlərlə bağlı isə yeni görüşlər planlaşdırılır. İlkin mərhələdə qeyri-anklav kəndlərin geri qaytarılması  məsələsinin həllinin ön plana çıxarılması ölkəmizin bu məsələdəki konstruktiv mövqeyinin göstəricisidir. Əvvəlki görüşlərdə qarşı tərəfin bəzi hallarda qeyri-adekvat mövqe sərgiləməsinə baxmayaraq, ölkəmiz birmənalı yanaşmasını ortaya qoydu - Azərbaycan öz torpaqlarını güzəştə getməyəcəyini sona qədər bu məsələnin həllinə nail olacağını bütün təmaslar zamanı bəyan etmişdi", - deyə o əlavə edib

Komitə sədrinin müavini bildirib ki, bəzi beynəlxalq dairələr, rəsmi İrəvanın havadarları Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşdığı ilə bağlı təbliğat aparırdılar. Tərəflərin razılığa gəlməsi ilə bu dairələrin yalan təbliğatı iflasa uğradı. Azərbaycan uzun müddət idi ki, həm dünyaya, həm qarşı tərəfə izah edirdi ki, tərəflər arasında sülh prosesində kənar vasitəçilərə ehtiyac yoxdur. Problemləri Azərbaycan Ermənistan birbaşa dialoq yolu ilə həll edə bilər. Sərhədlərin delimitasiya demarkasiyası ilə bağlı tərəflərin kənar vasitəçilər olmadan razılıq əldə etməsi göstərdi ki, hər iki dövlət birbaşa dialoq vasitəsilə daha yaxşı nəticələr əldə edir. Çünki prosesdə vasitəçilik etmək istəyən üçüncü qüvvələr, əslində, regionda öz maraqlarını güdürlər.

Ermənistanda revanşist qüvvələrin əldə olunmuş razılaşmanı pozmağa çalışdığını, etiraz aksiyası keçirdiklərini diqqətə çatdıran deputat əlavə edib ki, cəmiyyətdən ciddi dəstək almasa da, rəsmi İrəvan prosesi nəzarətdə saxlamalı, razılaşmanın pozulmasına imkan verməməlidir: "Sərhədlərin delimitasiya demarkasiyası prosesində Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır. Razılaşmalara tam əməl edilməsi İrəvanın marağında olmalıdır. Çünki beynəlxalq hüququn pozulmasının hansı nəticələr doğurduğunu erməni tərəfi yaxşı anlayır".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 3 may, № 90.- S.13.